Xalid Ibn Yezid Hakim - Wikipedia
Xalid ibn Yəzid[1] – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu.
Xalid ibn Yezid | |
---|---|
Ərəb Xilafətinin Azərbaycan və Ərməniyyə hakimi | |
Vəzifədədir | |
802 – 844-cü ildən | |
Əvvəlki | Yezid ibn Məzyəd |
Sonrakı | Məhəmməd ibn Xalid |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VIII əsr |
Vəfat tarixi | |
Vəfat yeri | Cavaxetiya |
Dəfn yeri | Dəbil |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Yezid ibn Məzyəd |
Uşaqları |
Oğulları: Məhəmməd ibn Xalid Heysam ibn Xalid |
Dini | islam |
Fəaliyyəti
redaktəYəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı.[2] H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır.[3]
Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır.[4] Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi. O, Cavax (Cavaxeti) adlı yerdə xəstələndi və iki gündən sonra öldü. Dəbilə (Dvin) gətirilərək, bir məlumata görə h.230 (844)-cu, digər məlumata görə isə h.228 (842)-ci ildə dəfn olundu.[5]
İstinadlar
redaktə- ↑ Ширваншаһлар дөвләти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 542.
- ↑ Mинopcкий. Иcтopия Шиpвaнa, c.44-45
- ↑ Пaxoмoв. Moнeты Aзepбaйджaнa, вып.II, c. 123-126
- ↑ Əl-Bəlazuri, s.21, ərəb mətni, s.15
- ↑ S. Aşurəyli – Şirvanşahlar dövləti, IV nəşri, Bakı, 2007, səh 64