Xalq Azadligi Partiyasi - Wikipedia
Konstitusiyalı Demokratiya Partiyası (rus. Конституционно-демократическая партия, translit. Konstitutsionno-demokratiçeskaya partiya; K-D), həmçinin Konstitusiyalı Demokratlar və formal olaraq Xalq Azadlığı Partiyası — Rusiya imperiyasında mərkəzçi, liberal siyasi partiya. Partiya Qərbin konstitusiyalı monarxiya ideyalarını təbliğ edir və mötədil mühafizəkarlar ilə mötədil sosialistlərdən dəstək görmüşdür.[2][3] Partiya üzvlərinə partiya adının K-D abbreviaturası əsasında kadetlər deyirdilər. Partiya platformasının nəzəri əsasını Konstantin Kavelin və Boris Çiçerinin yazıları təşkil edir. Tarixçi Pavel Milyukov partiyanın möcud olduğu müddətdə onun sədri idi.
Konstitusiyalı Demokratiya Partiyası Конституционно-демократическая партия | |
---|---|
| |
Sədri | Pavel Milyukov |
Qurucu | |
Lideri | Pavel Milyukov |
Quruluş tarixi | 18 (31) oktyabr 1905 |
Dağılma tarixi | 28 noyabr (11 dekabr) 1917 |
Baş qərargah | Sankt-Peterburq, Rusiya |
İdeologiya |
Konstitusionalizm Konstitusiyalı monarxiyaçılıq Liberal demokratiya Parlamentarizm Siyasi plüralizm Sosial liberalizm[1] |
İdeoloji spektr | mərkəzçilik, mərkəz sağ |
Vikianbarda əlaqəli mediafayllar |
Kadetlərə verilən dəstəyin əsasını ilk növbədə ziyalılar və işçilər təşkil edirdi. Partiyada universitet professorları və hüquqşünaslar xüsusilə önəmli yerə sahib idi.[4] Bir çox kadet partiya üzvləri zemstvo veteranları idi.[5] Konstitusiyalı Demokratiya Partiyası bir neçə liberal qrupun birləşməsi nəticəsində yaranmışdır. Bunlar Qurtuluş Birliyi, Zemstvo Konstitusiyaçılar Birliyi və Birliklər Birliyi idi. Bundan əlavə, müəllimlər, hüquqşünaslar, yazıçılar, həkimlər və mühəndislər də daxil olmaqla burjua işçiləri və ziyalılar partiyanın bir hissəsi idi.[6][7]
Kadetlərin liberal iqtisadi proqramı işçilərə 8 saatlıq iş günü və tətil hüququnu dəstəkləyirdi.[8] Kadetlər "Rusiyadakı bütün milli azlıqların tam vətəndaşlığına sadiq idilər". Partiya yəhudilərdən[9] və Volqa almanlarından əhəmiyyətli dəstək almışdır.[10][11]
Bakı şöbəsi
redaktəKonstitusiyalı Demokratiya Partiyasının Bakı şöbəsi 1905-ci ilin dekabrında Moskvada təsis qurultayından iki ay sonra fəaliyyətə başlamışdı. Şöbənin təsis iclası isə 1906 il yanvarın 7-də keçirilmişdi. İclasda B.L.Baykov Bakı şöbəsinin sədri seçildi. Şöbənin bürosuna isə M.F.Podşibyakin, Stanislav Vonsoviç, İ.Miroslavski, A.M.Feyql, Əlimərdan bəy Topçubaşov, İ.Hacınski, K.İ.Xatisov, Stepan Taqianosov, M.Q.Alibeqov, F.F.Skrepinski daxil oldular. Büroya namizədlər sırasında İ.Səfərəliyev, İ.Hacıyev, S.Şifrin, Fridlandın adları çəkilirdi.
Partiyanın Bakı şöbəsi Moskva və Peterburq kadetlərinin proqramını qəbul etmişdilər. Sosial və milli tərkibinə görə Bakı şöbəsi, demək olar ki, bütün millətlərin yuxarı və orta təbəqələrini əhatə edirdi. Rusiyalı həmkarlarından fərqli olaraq, Bakı kadetləri öz məqalələrində Qafqaz xalqlarına muxtariyyət verilməsi tələbi ilə çıxış edirdilər. Belə tələblərlə çıxış edən Stanislav Vonsoviç, M.F.Podşibyakin, Ü.Turski muxtariyyət tələbini onunla əsaslandırırdılar ki, Rusiyadan fərqli olaraq, Qafqazda özünüidarəetmə orqanları hələ də yaradılmayıb və belə bir şəraitdə yeganə çıxış yolu Qafqaz xalqlarının çoxdan arzuladığı muxtariyyət üsuli-idarəsinin tətbiq edilməsidir.
1906-cı ildə 1-ci Duma seçkiləri kampaniyasına da nüxtəlif millətlərin nümayəndələrini öz seçiciləri sırasma cəlb etmək məqsədilə Bakı kadetləri müraciətnamə yaymışdı. Müraciətnamədə kadetlərin liberal proqramına Rusiyada yaşayan çoxsaylı xalqların vəziyyətinin dəyişdirilməsi, xüsusilə onların öz doğma dillərində yazıb oxumaq və özünüidarəetmə orqanlarına malik olmaq hüquqları barədə bəndlər də salınmışdı. Bəyannamələrə baxmayaraq, Bakı şöbəsinin namizəd siyahılarına azərbaycanlılar daxil olunmamışdı və onlar seçkilərdə müstəqil namizədlər kimi iştirak edirdilər. 1906-cı il mayın 3-də onların namizədlərindən biri - S.S.Yakovlev naməlum şəxslər tərəfindən öldürüldü. Kadetlər seçki təbliğatlarının dayandırılması barədə qəzetdə elan verdilər və bu qərarın səbəbini onların toxunulmazlığına təminat olmaması ilə izah etdilər.
1912-ci ildə 4-cü Dumaya seçkilər vaxtı kadetlər həmin il Rusiyada yaradılan Tərəqqi partiyasının nümayəndələri qismində fəal seçkiqabağı kampaniyaya başladılar. Seçkilər ərəfəsində kadet partiyasının üzvləri Milyukov, Şinqaryov, Rodiçev təbliğat kampaniyası aparmaq üçün Bakıya gəlmişdilər.
1915-ci il avqustun 9-da Dövlət Dumasında kadetlərin, tərəqqiçilərin və oktyabrist partiyalarının iştirakı ilə "Tərəqqipərvər blok" yarandı. Blokun əsas tələbi Birinci dünya müharibəsində tənəzzülə uğrayan Rusiyada dumaya hesabat verən "ictimai etimad hökumətinin" yaradılması idi. Bakı kadetləri də "Kaspi" və "Bakı" qəzetlərinin səhifələrində bu bloku dəstəkləyir və "cavabdeh hökumət" haqqında tələblər irəli sürürdülər. Fevral inqilabı nəticəsində Rusiyada çar mütlə-qiyyəti devrildikdən sonra, kadetlər iqtidar partiyasına çevrildilər. Bu dövrdə partiyanın Bakı şöbəsi öz fəaliyyətini bərpa etdi. Kadetlərin bir qismi (A.Leontoviç, K.İretski) Müvəqqəti hökumətin Bakıda təmsilçisi olan İctimai Təşkilatlann İcraiyyə Komitəsinin üzvü oldu. Digərləri isə Xalq Azadlıq Partiyasının təşkilat komitəsini yaratdılar. Həmin komitəyə, bəzi mənbələrə görə, keçmiş partiya üzvləri -- B.L.Baykov, X.A.Vermişev, M.Q.Alibeqov, M.F.Podşibyakin, Fridland, P.M.KaraMurza ilə yanaşı Fətəli xan Xoyski də üzv seçilmişdi.
Kadetlərin nümayəndələri, həmçinin, o dövrdə Qafqazı idarə edən Xüsusi Zaqafqaziya Komitəsinin əsas tərkib hissəsini təşkil edirdilər. Oktyabr çevrilişindən sonra Rusiyada hakimiyyətə gələn bolşeviklər kadetlər partiyasını qadağan etdilər. Bakı şöbəsinin bəzi üzviəri Rus Milli Şurasının tərkibinə daxil oldu, bəziləri isə mühacirətə getdi. 1918-ci ilin noyabrında Bakıya daxil olmuş ingilis qoşunlarının komandanı general Tomson Rus Milli Şurasının üzvləri M.Podşibyakini, Y.Smirnovu, B.Baykovu və A.Leontoviçi qəbul edərkən onlar Azərbaycan hökumətinə daxil olmaq barədə ingilislərin təklifıni rədd etmişdilər. Onlar Azərbaycanın öz milli müqəddəratını təyin etməsinin əleyhinə çıxır və onu yalnız Rusiyanın tərkibində görmək istəyirdilər. Lakin Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini bütün ölkə ərazisində bərqərar edəndən sonra Rus Milli Şurası mövcud vəziyyətlə barışmalı oldu. Onun bəzi üzvləri Parlamentdə yaradılmış Slavyan-Rus və Milli azlıqlar fraksiyasına daxil oldular.[12]
Seçki tarixi
redaktəİl | Partiya sədri | Nəticə | Status | |||
---|---|---|---|---|---|---|
Səslər | Faiz | Yerlər | ||||
1906 | Pavel Milyukov | Naməlum | Naməlum | 179 / 478
|
1st | Çoxluq |
1907 (yanvar) | Pavel Milyukov | Naməlum | Naməlum | 98 / 518
|
2nd | Azlıq |
1907 (oktyabr) | Pavel Milyukov | Naməlum | Naməlum | 124 / 509
|
3rd | Azlıq |
1912 | Pavel Milyukov | Naməlum | Naməlum | 59 / 509
|
4th | Azlıq |
1917 | Pavel Milyukov | 2,088,000 | 4.7% | 17 / 703
|
3rd | Azlıq |
İstinadlar
redaktə- ↑ Struve, Peter. The Social Liberalism. Internationales Handwtsrterbuch des Gewerkschaftswesens. 1932. 412–423.
- ↑ Pipes, Richard. Russia Under the Bolshevik Regime (ingilis). Knopf Doubleday Publishing Group. 2011-05-04. ISBN 978-0-307-78861-0. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- ↑ Pearson, Raymond. The Russian Moderates and the Crisis of Tsarism 1914 – 1917. Springer. 1977. 2–3.
- ↑ Hans Rogger, Jewish Policies and Right-wing Politics in Imperial Russia, p. 20.
- ↑ The Zemstvo in Russia: An Experiment in Local Self-government (eds. Terence Emmons & Wayne S. Vucinich), p. 441.
- ↑ Melissa Kirschke Stockdale, Paul Miliukov and the Quest for a Liberal Russia, 1880-1918, p. 142.
- ↑ James W. Long, From Privileged to Dispossessed: The Volga Germans, 1860-1917, p. 207.
- ↑ Peter Gatrell, Government, Industry and Rearmament in Russia, 1900-1914: The Last Argument of Tsarism, p. 81.
- ↑ Rogger, p. 20.
- ↑ Rogger, p. 20.
- ↑ Long, p. 207–208.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 8-9. ISBN 9952-417-44-4.
Əlavə ədəbiyyat
redaktə- Melissa Stockdale. "The Constitutional Democratic Party" in Russia Under the Last Tsar, edited by Geifman, Anna, Blackwell Publishers Ltd, 1999, ISBN 1-55786-995-2, pp. 164–169.
- Водовозов В. В. Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- Гайда Ф. А. Либеральная оппозиция на путях к власти (1914 — весна 1917 г.). М.: РОССПЭН. 2003. ISBN 5-8243-0309-6.
- Оболенский В. А. Партия народной свободы о земле. — Пг., 1917.
- Политические партии России. Конец XIX — первая треть XX века : Энциклопедия. М.: РОССПЭН. Редкол.: Шелохаев В.В. (отв. ред.) и др. 1996. ISBN 5-86004-037-7.
- Програмы главнейших русских партий : 1. Народных социалистов. 2. Социал — демократической рабочей партии. 3. Социалистов-революционеров.4. Партии народной свободы. 5. Партии октябристов (Союз 17 октября 1905 г.). 6. Крестьянский союз. 7. Национальной демократическо-республиканской партии. 8. Политические партии различных национальностей России («Украинцев», «Бунда», и др.) : с приложением статей: a) О русских партиях, б) Большевики и меньшевики. М. 1917.
- Селезнёв Ф. А. Выборы и выбор провинции: партия кадетов в Нижегородском крае (1905—1917 гг.). — Нижний Новгород: Изд-во ННГУ, 2001. — 314 с.
- Селезнёв Ф. А. Конституционные демократы и буржуазия (1905-1917 гг.). Нижний Новгород: Изд. Нижегородского университета. 2006. ISBN 5-85746-937-6.
- [Селезнёв Ф. А. Революция 1917 года и борьба элит вокруг вопроса о сепаратном мире с Германией (1914—1918 гг.) — Санкт-Петербург: Алетейя, 2017. — 173 с. ISBN 978-5906910-29-5
- Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
- Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), B., 1998;
- Багирова И.С., Политеческие партии и организации Азербаиджана в начале XX века, Б., 1997;
- Шелохаев B.B., Кадеты-главная партия либеральной буржуазии в борьбе с революцией 1905-1907 гг., M., 1983.
Xarici keçidlər
redaktə- Partiyanın 1905-ci ildə qəbul edilmiş proqramı.
- Аврех А. Я. Русский буржуазный либерализм: особенности исторического развития
- Кизеветтер Е. Я. Революция 1905—1907 гг. глазами кадетов: (Из дневников) // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. — М.: Студия ТРИТЭ: Рос. Архив, 1994. — С. 338—425. — Т. V.
- Павленковъ Ф. Энциклопедическій словарь. — Спб.: Т-во Печ. и Изд. дѣла «Трудъ», 1913 (5-е изд.).
- Дополненіе к Энциклопедическому словарю, «имеющее целью сообщить читателю необходимые сведения за период, охватывающий события первой мировой войны и последовавших за нею революций» // В составе перепечатки 5-го издания «Энциклопедического словаря» Ф. Павленкова, Н.-Й., 1956.
- Кара-Мурза С. Г. Урок кадетов