Xalq Mudafie Quvveleri - Wikipedia
Xalq Müdafiə Qüvvələri (kürd. Hêzên Parastina Gel, HPG) — Kürdüstan Fəhlə Partiyasının (PKK) hərbi qanadı. HPG 2000-ci ilin yanvarında PKK-nın 7-ci qurultayı zamanı PKK-nın keçmiş hərbi qanadı olan Kürdüstan Xalq Azadlıq Ordusunu (Artiba Rizgariya Gelê Kurdistan, ARGK) əvəz etmişdir. Əvəzetmə 1999-cu ildə Abdullah Öcalanın ələ keçirilməsindən sonra kürd-türk münaqişəsinin sülh yolu ilə həlli axtarışlarını nümayiş etdirmək məqsədi daşıyırdı.[1] HPG 2013-cü ildə Türkiyə hökuməti ilə PKK arasında aparılan sülh danışıqlarında fəal rol oynamışdır. Qurum Sülh və Demokratiya Partiyasından (BDP) bir neçə siyasətçi, Türkiyə İnsan Hüquqları Assosiasiyası (İHD) üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir. Onlar əsir saxladıqları Türkiyə ordusunun əsgərlərini, eləcə də bir Türkiyə siyasətçini azad etməyə razılaşmışdılar.[2] 2014-cü ildə HPG Sincarda İslam Dövləti (İŞİD) ilə mübarizədə iştirak etmişdir.[3]
Xalq Müdafiə Qüvvələri | |
---|---|
İstinadlar
redaktə- ↑ White, Paul. The PKK. London: Zed Books. 2015. 19–20. ISBN 978-1-78360-037-3.
- ↑ "Delegation on its way to meet Turkish prisoners held by PKK -FLASH | …". archive.is. 2013-06-29. 2013-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
- ↑ Hawramy, Fazel. "Commander who defended Mount Shingal's Yezidis killed in Turkish strike: PKK". www.rudaw.net. 2020-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-12.