Xamis Memmedov - Wikipedia
Xamis Məmmədov — qaydasız döyüş üzrə dünya çempionu, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi.
Xamis Məmmədov | |
---|---|
Ümumi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Stili | Qaydasız döyüş |
Nəticələri | |
Döyüş | 16 |
Qələbə | 13 |
Məğlubiyyət | 3 |
Həyat və fəalliyəti
redaktəXamis Məmmədov 1984-cü il iyunun 24-də Sabirabad rayonunda anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Daha sonra isə Azərbaycan Respublikası Vergilər Nazirliyində çalışıb.[1]
Karyerası boyu bir çox beynəlxalq yarışlarda mükafatlar almış Xamis Məmmədov universal döyüş üzrə Avropa üçüncüsü və dünya çempionudur. O, 16 peşəkar döyüşdən yalnız üçündə məğlub olub.
Maraqlı faktlar
redaktəXamis Məmmədovun 2007-ci ildə döyüş sambosu üzrə açıq Dağıstan çempionatında Həbib Nurmaqomedov üzərindən tam qələbə qazanmışdır.
Vəfatı
redaktəMəşhur azərbaycanlı idmançı, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədov 27 yanvar 2019-cu ildə vəfat edib. Gənclər və İdman Nazirliyi onun bir müddət əvvəl qripə yoluxduğunu və bu xəstəliyin şiddələnməsi səbəbindən öldüyünü açıqlayıb.[2]
İstinadlar
redaktə- ↑ Xamis Məmmədov
- ↑ "Azərbaycanlı dünya çempionu qripdən dünyasını dəyişdi". 2019-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-28.