Xanim Huseynova - Wikipedia
Xanım Akif qızı Hüseynova (1 mart 1993; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.
Xanım Hüseynova | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Xanım Akif qızı Hüseynova | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Sumqayıt, Azərbaycan | ||||||||||
Boyu | 164 sm. (5 ft 6 in) | ||||||||||
İdman növü | Cüdo | ||||||||||
Məşqçisi | Ramin İbrahimov | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəXanım Hüseynova 1993-cü il martın 1-də Sumqayıt şəhərində anadan olub. Anası Zülfiyyə Kərimova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti, bacısı Dursədəf Kərimova isə cüdoçudur.
Karyerası
redaktəXanım Hüseynova 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı. Final görüşündə məğlub olan Xanım Hüseynova, turniri gümüş medalla başa vurdu. Komanda turnirində də Xanım Hüseynova gümüş medala sahib oldu.
Daha sonra Uolsoll şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Çempionatında Xanım Hüseynova, bütün rəqibləri üzərində qələbə qazandı və turnirin qalibi oldu. Komanda turnirində də Xanım Hüseynova qızıl medalın sahibi oldu.
Xanım Hüseynova 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında fərdi turnirdə uğursuz mübarizə apardı. Komanda turnirini isə Xanım Hüseynova bürünc medalla başa vurdu.
2019-cu ildə Xanım Hüseynova Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə qalib gəldi və qızıl medala sahib oldu. Komanda turnirində də Xanım Hüseynova qızıl medala sahib oldu.
Xanım Hüseynova 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.[1]
Xanım Hüseynovanın XVI Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsi çərçivəsində rəqibi Yaponiya nümayəndəsi Hiroho Kudo oldu.[2] Həmin görüşdə Xanım Hüseynova rəqibinə ipponla qalib gəldi və yarım-final mərhələsinə adladı.[2] Bu mərhələdə Xanım Hüseynova Çin nümayəndəsi Van Yu ilə üz-üzə gəldi.[2] Həmin görüşdə Xanım Hüseynova vaza-ari ilə qələbə qazandı və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[2] Həlledici görüşdə onun rəqibi 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib olan Ukrayna təmsilçisi İrina Qusiyeva oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Xanım Hüseynova rəqibinə vaza-ari ilə qalib gəldi və XVI Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib oldu.[2][3]
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Xanım Akif qızı Hüseynova 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[4]
İstinadlar
redaktə- ↑ Azerisport.com idman portalı. "11 дзюдоистов завоевали лицензии на Паралимпиаду-2020". www.azerisport.com ( (rus.)). 01.09.2022. Archived from the original on 2022-09-22. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 5 6 Azerisport.com idman portalı. "Токио-2020: Азербайджанские паралимпийцы завоевали еще три золотые медали". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Новоиспеченная чемпионка Паралимпиады: Было сложно, но я сумела победить". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.