Xanaliyan - Wikipedia
Xanalıyan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd Sovetindən Xanalıyan kəndi Sığdaş kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Xanalıyan | |
---|---|
38°56′24″ şm. e. 48°38′01″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəXIX əsrin əvvəllərində Bədəlan kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1870-ci ildə kənddə cəmi 3 ailə yaşamışdır. Bu kəndin əsasını Xanəli adlı şəxsin qoyduğu söylənilir. Oykonim Xanəli şəxs adından və talış dilində cəmlik bildirən -on şəkilçisindən düzəlib, "xanəlilər" mənasındadır.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd Lənkəran ovalığında yerləşir.
Əhali
redaktə14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Bədəlan kənd cəmiyyətinə daxil olan Bədəlan kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Kolatan[3] və Xanalıyan kəndlərində toplam 201 evdə şiə təriqətli müsəlman talışlardan ibarət 1.358 nəfər (966 nəfəri kişilər, 392 nəfəri isə qadınlar) əhali yaşayırdı.[4] İndiki kənd əhalisi 2451 nəfərdir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ Xanalıyan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Hazırda iki kənddir: Bala Kolatan və Böyük Kolatan
- ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
Həmçinin bax
redaktə Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |