Xanduz Tikme - Wikipedia
Xanduz tikmə - şəbəkəli parça üzərində tikmə üsulu. Azərbaycan milli tikmələrin məhəlli növüdür, əsasən Lənkəran bölgəsində geniş yayılmışdır.
Texnika
redaktəXanduz tikmə üsulunda iynə, şəbəkəli parça, iki ədəd qasnaq və müxtəlif rəngli ipək, iplik, yun sapdan istifadə olunur. Şəbəkəli parça çox vaxt tikici həvəskarların özləri tərəfindən hazırlanırdı. Bunun üçün kətan parçanın əriş-arğacı sayca təkəmseyrək çıxarılıb şəbəkə halına salınır. Sonra həmin şəbəkəli parça vasitəsilə məmulat üzərində naxış salınır. Bunun üçün usta əvvəl şəbəkəli parçanı qasnağa kip keçirilmiş məxmər, atlas, ağ, kətan və s. növ parça üzərinə qoyur və əlində olan hazır naxışlı nümunəyə baxaraq rəngli saplarla say hesabı işləməyə başlayır. Tikici yeni ilmə əldə etmək istədikdə iynəni say üzrə şəbəkəli sapdan eninə və bir də uzununa götürür. Çox vaxt iynə şəbəkəyə çəpəki keçirilir. [1]