Xankendi Seher Stadionu - Wikipedia
Xankəndi şəhər stadionu — Azərbaycanın Xankəndi şəhərində futbol stadionu.
Xankəndi şəhər stadionu | |
---|---|
Yeri | Xankəndi |
Təməli qoyulub | 1955 |
Tikilib | 1956 |
Tamaşaçı tutumu | 15.000 nəfər |
Ev sahibi komanda |
Qarabağ Xankəndi FK (1991-ci ilə qədər) Qarabağ FK[1](2023-cü ildən) |
Meydançanın ölçüləri | 110x70 metr |
Ot örtüyü | süni örtüklü |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəStadionun 1955-ci ildə inşasına başlanılmış və 1956-cı ildə istifadəyə verilmişdir. İlk dəfə İosif Stalinin adı ilə adlandırılmışdır. Bir neçə il sonra adından İosif Stalinin adı götürülərək "Stepan Şaumyan adına mərkəzi stadion" adlandırılmışdır. 1991-ci ildən şəhərin tarixi adı qaytarıldıqdan sonra "Xankəndi şəhər stadionu" adına qayıdılmışdır.[2]
SSRİ dövründən stadionda Qarabağ Xankəndi FK klubu ev oyunlarını keçirirdi. 2023-cü ildə Azərbaycanın nəzarəti altına qayıtmışdır. Həmin ilin oktyabrında "Qarabağ Ağdam" klubu növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilməsi haqqında Azərbaycan mətbuatında məlumat yayılmışdır. Bunun üçün ilk növbədə stadionda müəyyən bərpa işləri həyata keçirilməsi planlaşdırılmışdır.[3]
İstinadlar
redaktə- ↑ ""Qarabağ" Xankəndində ev oyunlarını bu tarixdə keçirəcək - SON DƏQİQƏ". Sportinfo.Az (az.). 23 oktyabr 2023. İstifadə tarixi: 23 oktyabr 2023.
- ↑ ""Qarabağ" ev oyunlarını Xankəndində keçirə bilər! - trend.futbol". 18 okt 2023.[ölü keçid]
- ↑ ""Qarabağ" ev oyunlarını Xankəndində keçirə bilər!". 18 okt 2023.