Xanlar Fetiyev - Wikipedia
Xanlar Fətiyev (15 yanvar 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti
Xanlar Fətiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 yanvar 1972 (52 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktəXanlar Nuru oğlu Fətiyev (15 yanvar 1972, Bakı) - Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VII çağırış deputatı, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti.
Fətiyev Xanlar Nuru oğlu 1972-ci il yanvarın 15-də Bakı şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənaye və mülki tikinti fakültəsini bitirib. 1988-ci ildən «Aztransqaz» İstehsalat Birliyinin 2 saylı mexanikləşdirilmiş kolonunda fəhlə, usta işləyib. 1992-ci ildən «Betonçu» kooperativinin mühəndisi, sədri, 1994-cü ildən «Elruz» kiçik müəssisəsinin sədri, 1997- ci ildən «Avestas» firmasının baş direktoru, 2003-cü ildən «Aznur» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 2004–2011-ci illərdə Gəncə Avtomobil Zavodunun direktoru vəzifələrində çalışıb.
Hazırda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri,[1] Aqrar siyasəti və Regional məsələlər komitələrinin üzvudür.
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası və Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyalarının üzvüdür.
Azərbaycan Üzgüçülük Federasiyasının prezidentidir.
Ailəlidir, 2 övladı var
İstinadlar
redaktə- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.