Xarezmsah Celaleddin - Wikipedia
Cəlaləddin Məngburni (türkm. Jelaleddin Meňburun, Jelaleddin Meňburny; fars. خوارزمشاه جلالالدین منکبرنی; 1199, Xarəzm – 15 avqust 1231, Kiçik Asiya[d]) — Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı. Əlaəddin Məhəmmədin oğlu.
Cəlaləddin Məngburni | |
---|---|
Doğum tarixi | 1199 |
Doğum yeri | Köhnə Ürgənc Türkmənistan |
Vəfat tarixi | 15 avqust 1231 |
Vəfat yeri | Diyarbakır |
Atası | Əlaəddin Məhəmməd Xarəzmşah |
Milliyyəti | Türkmən |
Dini | Sünni İslam |
Fəaliyyəti | suveren[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCəlaləddin Xarəzmşahın adı mənbələrdə "Manqburnu", bəzən də "Məngburni" şəklində keçir. Manqburnu qədim türkcədə "böyük burunlu" deməkdir. Məngburun isə "Burnunda Doğum İzi olan" mənasına gəlir. Bu iki ad arasında mənbələrdə yer alan fərqin Cəlaləddinin adının tam oxunmamasından irəli gəlməkdədir. Həmçinin, "manq" türklərdə boy adı mənasını da verməkdədir.[1] Xarəzmşahların sonuncu hökmdarı olan Cəlaləddin Xarəzmşah, Əlaəddin Məhəmmədin böyük övladıdır. Anası Türkmən cariyəsi Ayçiçək xatundur.[2] Xarəzmşah Məngburun atasının zamanında, Qəznə, Herat, Qarcistan və Sicistana məlik olaraq göndərilmiş, ancaq sultan Məhəmməd daha sonra onu öz yanına almış və onun yerinə Kərbər Məliki uyğun görmüşdür.[3][4] Ölümündən bir müddət əvvəl Məhəmməd, Terkən xatunun sözləri ilə, anası qanqlı qadın olan Azlaq şahı vəliəhd təyin etdirmiş və ona Xarəzm, Xorasan, Mazandaran kimi mühüm əyalətləri vermişdi.[5]
Azlaq şahdan daha qabiliyyətli olan və dövlət idarəetməsini anlayan Cəlaləddinlə onun qardaşı Rüknəddin Gursancdının yox, qanqlı qadının övladı Azlaqın vəliəhd təyin edilməsi Terkə xatunun dövlətdə olan iqtidarının göstəricisidir.[6] Monqolların Xarəzmşahlar dövlətinə olan yürüşləri ərəfəsində Əlaəddin Xarəzmşah, Xəzər dənizində Abaskun adasına sığınmışdı. Bu vaxt Terkə xatunu da Monqollar əsir alınca, Cəlaləddinin vəliəhdliyində qarşındakı əngəl ortadan qalxdı. Atası Əlaəddin burada həyat yoldaşı, övladları Ağşah və Azlaqın yanında Cəlaləddini sultan elan edərək öz qılıncı ilə tacını ona verdi. Bir müddət sonra Əlaəddin Məhəmməd Xarəzmşah vəfat etdi.[5]
Hakimiyyəti
redaktəÇingiz xanla mübarizə
redaktəAtasının vəfatından sonra Cəlaləddin qardaşları ilə birlikdə şəhərə dönərək xalqa öz sultanlığını elan etdi. Bir müddət sonra iki şahzadə əmirlərlə razılaşaraq Cəlaləddini öldürməyi planlaşdırdılar. Ancaq Cəlaləddin, sadiq əmirlərdən İnanc Hunun vəziyyəti ona bildirməsi ilə Xorasanın dağlıq ərazisinə üz tutdu. Monqol yürüşlərindən Xarəzmi tərk edən digər şahzadələr isə monqollarla döyüşdə öldürüldülər.[7] Cəlaləddin daha sonra Pərvan yaxınlığında Monqolları məğlubiyyətə uğradaraq Nişapur, Zuzan və Bustdan Qəznəyə çatdı. O, Qəznədə xalq tərəfindən böyük bir sevinclə qarşılaşdı. Bəzi tarixçilər bu müharibədə kimin qalib gəldiyini tam olaraq bildirirlər. Əbdürrəhman Şərəf, Cəlaləddinin bu döyüşdə silah və əsgərlərinin çoxunu itirdiyini, dövlətin atəş içində olduğunu yazır. Şərəf bu döyüşdə Cəlaləddinin ordusunu "Böyük su tufanı",[q 1] Çingiz xanın ordusunu isə "Atəş tufanı"[q 2] adlandıraraq döyüşün vahimətini bildirir. Cəlaləddinin döyüş sonunda ordusu ilə arasındakı qəniməti bölüşdürmək zamanı yaranan qarışıqlıqdan istifadə edən Monqollar, yenidən hücuma keçdi. Bunu görən Mənguberdi, Sindi keçərək Hindistana sığındı.[8][9][10]
Sindin sahilində Monqol əsgərlərinin yetişməsindən sonra Monqollarla mübarizə apardı. Gərgin keçən mübarizənin sonunda Cəlaləddin məcburiyyət qarşısında anasını ilə həyat yoldaşının Monqollara əsir düşməməsi üçün əsgərlərinə onları çaya atmağı əmr etdi və onların çayda boğulmalarını qəmli bir şəkildə izlədi.[11][12] Daha sonra minik atı ilə çayın sahilinə keçmək istədi. Çayın sərt axıntısına baxmayaraq, Cəlaləddin çayı keçdi. Bunu görən Çingiz xan onun haqqında demişdir:
Belə bir atanın belə bir oğlu olmalıdır. Su və atəş kimi iki bəla girdabından özünü xilas edərək sahilə çatdı.[13] |
İrana və Qafqaza yürüşü
redaktəMonqol hücumlarından qaçan Cəlaləddin 1225-ci ildə Azərbaycana yürüş təşkil edir. O əvvəlcə Marağanı tutur, daha sonra isə Təbrizə hücum edir. Bu zaman Təbrizdə olan Atabək Özbək qaçaraq Əlincə qalasında gizlənir və bir neçə gün sonra orda öldü. Beləliklə Eldənizlər dövləti süqut edir. Şirvanşahlar isə Cəlaləddinin hakimiyyətini qəbul edirlər. Cəlaləddinin qoşunları Arazı keçərək sıra ilə Gəncə, Bərdə və Şəmkiri işğal etdi. Ələ keçirilən bütün şəhərlər talanır və əhalinin üzərinə ağır vergilər qoyulurdu. Bu cür şəraitdə yaşamaqdan yorulan yerli əhali Cəlaləddinə qarşı üsyan edirdilər. Bunlardan ən güclüsü 1230-cu ildə Bəndərin rəhbərlik etdiyi Gəncə qiyamı idi. Üsyan amansızlıqla yatırıldı. Ancaq Xarəzmşahın hakmiyyətini sarsılda bildi.
Xarici mübarizə
redaktəCəlaləddin Hindistana gəldikdən sonra, Dehli hökmdarından qala biləcəyi ərazi istədi. Burada Usakun hakimi Qabacın qızı ilə siyasi olaraq evləndi. Ancaq bir müddət sonra, Dehli hökmdarı, Usakun süvari ilə Fars İraqına getmək məcburiyyətində qaldı. Bu sırada Fars İraqında, Azərbaycanda və Arranda qardaşı Qiyasəddin Pirşah hökmdar idi. Farslardan isə Salqurlular hakimiyyətdə idi. Cəlaləddin burada isə Salqurlardan Zəngi adlı biri ilə siyasi olaraq evləndi və Gürcüstana qarşı hərəkətə keçdi. İlk öncə Tiflisi aldı, daha sonra isə Kirmana getdi. Gürcülərlə mübarizədə Lorinin fəthi ilə erməni, alan, sabir, laz və qıpçaqlarla yaradılan ordunu məğlubiyyətə uğratdı.[14][15][16]
Cəlaləddin bu müvəffəqiyyətləri İslam dünyasında ona qarşı böyük ümid və hörmət hissi yaratdı. Belə ki, "Cəlaləddin atasının ölümündən sonra işğalçılara qarşı elə igidliklə mübarizə apardı ki, İranlılar və Türkistan dövləti qarşılarındakının, yurdlarında ki əfsanələrdə bilinən Rüstəm olduğuna inandılar".[17]
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ Ziya Bünyadov.s.105–106.
- ↑ Mükremin Halil Yınaç.s.4
- ↑ Aydın Taneri.s.248.
- ↑ Hasan Geyikoğlu.s.396.
- ↑ 1 2 Buket Yaşa Şahin.s.24.
- ↑ Yorulmaz.s.163.
- ↑ Aydın Taneri.s.249.
- ↑ Nəsəvi.s.55.
- ↑ Carl Brockelman.s.255–270.
- ↑ Hasan Geyikoğlu.s.917.
- ↑ Kafesoğlu.s.270.
- ↑ Stiven Runciman.s.211.
- ↑ Cüveyni.s.116.
- ↑ İbn-əl-Əsir.s.412.
- ↑ Nəsəvi.s.46–75.
- ↑ Cüveyni.s.128.
- ↑ Jorqa.s.101.