Xarici Aksent Sindromu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Xarici aksent sindromu — xəstədə qəfildən digər bir dil aksentinin yaranmasıdır. Xarici aksent sindromu adətən zərbə nəticəsində, bəzənsə kəllə-beyin travması nəticəsində yarana bilər. Bunlar sindroma tutulanların ən çox göstərdiyi səbəblər olsa da, miqren olan xəstələr də bu sindroma yaxalan bilərlər. 1941–2009-cu illər ərzində bu sindroma 62 nəfər tutulub.
Xarici aksent sindromu |
---|
Bu simptomlar artikulyar planlaşdırma və koordinasiya prosesinin pozulması nəticəsində yaranır. Bunu da qeyd etmək lazımdır ki, xəstə bir-birə xarici dil bilgilərinə (qrammatika, söz ehtiyatı və.s) yiyələnmir. Təsdiqlənməmiş məlumata əsasən 2010-cu ildə bir xorvatiyalı komadan çıxandan sonra almanca səlis danışmağa başlayıb, lakin bu bacarığın beyin zədəsi səbəbindən qazanılması öz təsdiqini tapmayıb.
Təsviri
redaktəBu sindrom elə təsir bağışlayır ki, sanki sindroma tutulanlar öz dillərində, lakin xarici aksentdə danışırlar. Məsələn, yerli amerikalı ingiliscə elə danışa bilər ki, sanki cənub-şərqi ingiltərəlidi, və Britaniyada yaşayan biri Amerika ingilisi aksenti ilə danışa bilər. Oxsford universitetində aparılan tədqiqata əsasən sindroma səbəb beynin müəyyən hissələrinin zədələnməsidir ki, buraya beynin linqvistik funksiyalarını yerinə yetirən hissəllərdi. Onların zədələnməsi səhv tələffüzə gətirib çıxarır.
Corc Miçel, 2012
redaktəİddia edilir ki, İngiltərəli musiqiçi, ifaçı və söz yazarı Corc Miçel 2012-ci ilin iyulunda komadan ayılanda Şimali London aksenti əvəzinə qərb dairəsinin aksentilə danışmağa başlayıb. O, 2011-ci ildə pnevmaniya nəticəsində komaya düşmüşdü.