Xatire Quliyeva - Wikipedia
Xatirə Nəcəfqulu qızı Quliyeva (30 iyun 1962, Maştağa) — fəlsəfə elmləri doktoru, dosent AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Multikulturalizm və Tolerantlıq fəlsəfəsi" şöbəsinin müdiri, "Nəsimi-Suriya Azərbaycan Dostluq Cəmiyyəti İB"-nin təsisçisi və sədri, "Cahan+" qəzetinin və cahanplus.com saytının təsisçisi və baş redaktoru.
Xatirə Quliyeva | |
---|---|
Xatirə Nəcəfqulu qızı Quliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Nəcəfqulu |
Anası | Nisəxanım |
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru |
İş yerləri | AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi" şöbəsinin müdiri |
Həyatı
redaktəQuliyeva Xatirə Nəcəfqulu qızı 1962-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində Bakının hörmət sahibi şəxslərindən, məscid-minarələr (o cümlədən Maştağa məscidi və minarəsinin, H. Zərdabinin layihəsi əsasında Maştağa-Bilgəh qəsəbəsi arasında yerləşən Ovdanı) inşa edən, adı tarix- memarlıq kitablarında çəkilən Kəblə Həciqulunun oğlu, XX əsrin əvvəllərində siyasi hakimiyyətdə təmsil olunmuş Əmirqulu Quiyevin oğlu Nəcəfqulu və kor molla (kütləvi yayımış göz infeksiyası nəticəsində gözləri tutulsa da Quran hafizi olduğu üçün) ləqəbi ilə tanınmış Məşədi Bağırın qızı Nisəxanımın ailəsində dünyaya gəlmişdir.
Onun babası Əmirqulu Quliyev Azərbaycan Demokratik Partiyasının ilk yaradıcıları sırasında olmuş, Bakıda erməni-müsəlman davası zamanı türk Qafqaz Ordusunun onbaşılarından olmuş, sonralar Nəriman Nərimanovun sədri olduğu MİK-nin Rəyasət Heyətiin 7 üzvündən biri, dəfələrlə Bakı şəhər sovetinin deputatı seçilmişdir.
Quliyeva Xatirə Nəcəfqulu qızı 1969–1979-cu illərdə Bakının Cəfər Cabbarlı adına 187 saylı orta məktəbində təhsil alıb. 1980–1985-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini fərqlənmə ilə bitirib.
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktə1985-ci ildən AMEA-da fəaliyyətə başlayıb.
1985–1987-ci illərdə AMEA-nın Elmi İnformasiya-Məlumat Mərkəzində laborant, baş laborant vəzifələrində çalışmaqla bərabər AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsində və vitse-prezidentin köməkçisi kimi fəaliyyət göstərmişdir.
1987-ci ildə AMEA RH prezidentinin Sərəncamı ilə Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat Nəzəriyyəsi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir.
1989–1991-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə Moskva M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna uzun müddətli elimi ezamiyyətə göndərilmişdir.
1992–2004-cü illərdə elmi fəaliyyətini AMEA-nın "Fəlsəfə və Sosiologiya" İnstitutunun Etika (keçmiş Etika və Estetika) şöbəsində davam etdirmişdir.
2005-ci ildə "Nəsimi-Suriya Azərbaycan Dostluq Cəmiyyəti İB" təsis etmiş indiyə kimi Cəmiyyətin sədri kimi fəaliyyət göstərir.
2011-ci ildə AMEA "Fəlsəfə və Sosiologiya" İnstitutunun Elmi Şurasının Qərarı ilə 1992–2004-cü illərdə çalışdığı "Etika" şöbəsində aparıcı elmi işçi vəzifəsində fəaliyyətə başlamışdır və 2017-ci ilə kimi həmin şöbədə çalışmışdır.
2017-ci ilin may ayından AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Multikulturalizm və Tolerantlıq fəlsəfəsi" şöbəsinin müdiridir.
Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva müxtəlif illərdə N. Tusi adına ADPU-də, Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Qızlar Universitetində fəlsəfə tarixi, etika, estetika və s. fənləri tədris etmişdir.
2005-ci ildə AR Ədliyyə nazirliyində Qeydiyyatdan keçmiş "Nəsimi" – Suriya — Azərbaycan Dostluq Cəmiyyəti" İB-ni təsis etmiş və qurumun sədri olaraq 2005–2009-cu illərdə Suriya Ərəb Respublikasında uzun müddətli ezamiyyətlərdə olmuşdur.
Elmi fəaliyyəti
redaktə1985-ci ildə Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətə başlayan və 37 illik fəaliyyəti dövründə aktual mövzularda 7 elmi monoqrafiya, 5 elmi kitab, 100-dən çox elmi məqalənin müəlifidir. Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva AMEA-da Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin siyasi irsinin ilk tədqiqatçısıdır və bu mövzu istiqamətində onun 2 monoqrafiyası, 1 məqalələr toplusu və ölkədə və xaricdə nəşr olunan nüfuzlu elmi jurnallarda bir sıra elmi məqalələri çap olunmuşdur.
1987-ci ildə alim Yaşar Qarayevin dissertantı qəbul edilərək AMEA-nın müxbir üzvü, tanınmış alim Cəfər Cəfərovun elmi irsi sahəsində "Cəfər Cəfərovun ədəbi-tənqidi görüşləri" mövzusunda namizədlik dissertasiyası üzərində tədqiqata başlamış və 1992-ci ildə elmlər namizədi elmi dərəcəsini almaq üçün "Cəfər Cəfərovun ədəbi-tənqidi görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
2009–2010-cu illərdə AMEA Ədəbiyyat İnstitutunda doktarant olmuş, "Azərbaycan maarifçiliyinin ədəbi-nəzəri problemləri" mövzusunda doktorluq dissertasiyasını yerinə yetirmiş, elmi iş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın 2 dekabr 2014-cü il tarixli qərarı ilə Xatirə Nəcəfqulu qızına "Etika" ixtisası üzrə Dosent elmi adı verilmişdir.
2015-ci il 15 may tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun nəzdindəki Dissertasiya Şurasında Etika ixtisasında "Maarifçilik dövrü Azərbaycan ədəbi-ictimai fikrində milli-mənəvi əsasların fəlsəfi-etik dərki (XIX əsrin ikinci yarısı XX əsrin əvvəlləri)" mövzusunda dissertasiya işi müdafiə etmiş və Xatirə Nəcəfqulu qızı Quliyevaya fəlsəfə elmləri doktoru elmi dərəcəsi verilmişdir.[1]
Fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyevanın elmi məqalələrinə scopus elmi indeksində 1000-ə yaxın istinad mövcuddur.[2]
X. Quliyeva ABŞ-da nəşr olunan Beynəlxalq Fəlsəfə Jurnalının[3]; Türkiyədə nəşr olunan "Kayğı"[4] və "Akademik Tarix, Düşüncə" beynəlxalq indeksli jurnalların redaksiya heyətlərinin, habelə ECLSS org. beynəlxalq konfrans təşkilatının üzvüdür.
Monoqrafiyalar
redaktə- Azərbaycan estetik fikri və Cəfər Cəfərov[5]
- Həmişə müasir Cəfər Cəfərov[6]
- Heydər Əliyev və mənəvi-estetik dəyərlər
- XX əsrin böyük Azərbaycan filosofu Zakir Məmmədov
- Azərbaycanda maarifçi esttika"
- Azərbaycan maarfçiliyində fəlsəfi-etik məsələlər
- "Heydər Əliyev siyasəti: Milli Dövlət, Milli Lider, Vətəndaşlıq, Mənəviyyat"
Kitabları
redaktə- İdentiklik-Multikultursalizm — Dialoq Fəlsəfəsi[7]
- Çoxmədəniyyətliliyin nəhəng körpüsü – İmadəddin Nəsimi yaradıcılığı[8]
- İmadəddin Nəsimi İrsi Çağdaş Ərəb tədqiqatlarında — elmi məqalələr toplusu(2-ci kitab)[9]
- Ulu öndər Heydər Əliyevin siyasətinin müdriklik gücü[10]
- History, Methodology and Hypothesis of Artificial Intelligence[11]
Publisist əsər
redaktə- 1."Köynəyi yaşıl oğlan"[12]
Tərtib
redaktə- "Həyat burulğanı və ondan çıxış yolu"[13]
- "İdentiklik, Multikulturalizm, Dialoq Fəlsəfəsi"
Məqalələr
redaktəAzərbaycan dilindəː
- Qloballaşma və aksiologia-təsir, əlaqə, münasibətlər (Qloballaşma və Azərbaycan mədəniyyəti II Pespublika konfransыnыn materialları)[14]
- Aksiologiya və siyasət (problemin qoyuluşuna dair[15]
- Azərbaycan dövlət idarəçiliyində ülvilik məsələsi[16]
- Dünya milli kültür kuramı ekseninde Azerbaycan egitim və sosyal bilimlerinin başındakı yeri[17]
- Türkiyə ve diger Şark ölkelerində aydınlanmanın evrensal ve milli özellikleri[18]
- Fransız egitimçileri ve onun evrensal özellikleri[19]
- Azərbaycan maarifçilərinin dünyagörüşü[20]
- Heydər Əliyev və yeni məzmunlu maarifçilik[21]
- Dünya maarifçiliyinin milli mədəniyyət nəzəriyyəsi və Həsən bəy Zərdabinin publisist irsi və ictimai fəaliyyəti.[22]
- Maarifçilik dövrünün vətəndaş cəmiyyəti təsəvvürləri etik-əxlaqi dəyərlər kontekstində[23]
- Maarifçilik dövrü fəlsəfi fikrində etika məsələləri"[24]
- Maarifçilik — Azərbaycançılıq dövrünün fəlsəfi-etik əsasları
- Heydər Əliyevin Ulu öndərlik missiyası // Yeni Azərbaycan.-2018.-7 iyun.-№ 108.-S.6.[http://files.preslib.az/projects/toplu/v2/f6_2_3.pdf Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI]
- Ulu öndər Heydər Əliyev siyasətinin müdrklük gücü[25]
- "Dioloq fəlsəfəsi və Multikulturalizm: Müqayisəli təhlil" ("The Philosophy of Dialogue and Multiculturalism: Comparative Scientific and Methodological Analysis")[26]
İngilis dilindəː
- Treumph Of Haydar Aliyev Political Course: Confirmation Of Great Faith. Pakistan Journal of Social Sciences.[27]
- On the application of the political model of multiculturalism by the President of the Republic of Azerbaijan, Mr. Ilham Aliyev, as a scientific concept of life philosophy Strategy for the development of ethno-national and regional identity in Azerbaijan.[28]
- Our Philosophy of National Intercultural Dialogue From the Ideology of Azerbaijanism to Multiculturalism[29]
- Strategy for the development of ethno-national and regional identity in Azerbaijan European Science[30]
- Life philosophy priorities of multiculturalism in the Republic of Azerbaijan[31]
- History, Methodology and Hypothesis of Artificial Intelligence[11]
- Issues of Progressive and Regressive Development of The Philosophy of Artificial Intelligence[32]
- "Lotfi A. Zadeh phenomenon in the development of the world artificial intelligence (Aİ) system"[33]
- Azerbaijan-Pakistan Relations in the Context of Islamic Solidarity and Intercultural Dialogue[34]
- Scientific — Metodological Aspects for Application of Multiculturalism to "Dialogue Philosophy" (formulation of the problem) Philosophi and international journal
- The Ethics Of Multiculturalism As Conseption Of Progress[35]
- Scientific relations in the context of the philosophy of multiculturalism and intercultural dialogue[36]
- Migration and Education in the Context of Multiculturalism[37]
- Philosophical scientific aspects of life during and after the pandemic period[33]
- The legacy of XIV century Azerbaijani poetry and Hurufism Master Imadeddin Nesimi in European Studies.[33]
- The principles of the system of Hurufism and a philosophical look at the identity and pseudonym of Imadedtin Nesimi.[33] Bədii əsərlər
- "Mən elə bilirdim ki"[38]
- "Sənə deyəcəkdim ki"[39]
- "Ölən sevgilər"[40]
- "Haqqın hesabı"[41]
- "Direktor "B"" (povest)[42]
- "Alfons prokuror"(povest)[43]
- "Onun ağ məhəbbəti"(povest)[44]
İstinadlar
redaktə- ↑ "HUMANITAR ELMLƏR, Fəlsəfə tarixi". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ "scholarː Xatirə QULİYEVA". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ "International Journal of Philosophy". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ "Dergipark". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ "Azərbaycan estetik fikri və Cəfər Cəfərov"Bakı-Elm-1998.
- ↑ "Həmişə müasir Cəfər Cəfərov" Bakı-Elm-1999.
- ↑ ""İdentiklik Multikulturalizm Dialoq fəlsəfəsi" adlı məqalələr toplusu nəşr olunub". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=692551&pno=1
- ↑ НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА ОБЩЕСТВЕННЫЕ НАУКИ[ölü keçid]
- ↑ "Ulu Öndər Heydər Əliyev siyasətinin müdriklik gücü". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ 1 2 "History, Methodology and Hypothesis of Artificial Intelligence". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ "Köynəyi yaşıl oğlan" Bakı-1997.
- ↑ "Həyat burulğanı və ondan çıxış yolu"(Cəfər Cəfərov 3 cild)Bakı-1999
- ↑ AMEA-nın Fəlsəfə və Siyasi-hüququ tədqiqatlar İnstitutu, 2004 s. 61–64.
- ↑ AMEA. Xəbərlər. Tarix Fəlsəfə Hüquq. 2004. № 4.səh. 286
- ↑ Ekomədəniyyət(Ekokultura) Azərbaycan elmi Araşdırma fond.2004. s. 79–81
- ↑ Türkiyə. Türkbilim dergisi. 2009, № 1. səh. 99–105.
- ↑ Türkiyə, Yom dərgisi, 2009, № 15. səh. 87–90.
- ↑ Turan. Bakı-2009, № 3.səh.110–112
- ↑ AMЕА-nın "Xəbərlər" jurnalı. Humanitar Elmlər seriyası. 2009, № 3–4 səh.50–58.
- ↑ "XXI əsr Dirçəliş" 2012-xüsusi buraxılış. səh. 78–89
- ↑ AMEA Xəbərlər 2015 № 2. səh.200–215.
- ↑ AMEA-nın FSHİ Elmi Əsərlər № 1(18) 2012., səh.35–41.
- ↑ AMEA-nın FSHİ Elmi Əsərlər № 2 (19)2012..səh.49–54.
- ↑ Bakı-ADPU-2018 səh.40–53.270 səh
- ↑ AMEA "Məruzələr" 2018.2-ci nömrə. L XXIV səh. 87–92
- ↑ "Treumph of Heydar Aliyev Political Course: Confirmation of Great Faith". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ "Doctor of Sciences in Philosophy, prof.assis. Khatire Guliyeva". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ "Khatira Guliyeva Institute of Philosophy and Sociology of ANAS, Baku, Azerbaijan" (PDF). 2022-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-25.
- ↑ "Ethno-National And Regional İdentity İn Azerbaijan. Doctor of Sciences in Philosophy, prof.assis. Khatire Guliyeva". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ "Life philosophy priorities of multiculturalism in the independent Republic of Azerbaijan". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ "Issues of Progressive and Regressive Development of The Philosophy of Artificial Intelligence". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ 1 2 3 4 "Doctor of Sciences in Philosophy, prof.assis Khatire Guliyeva". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ Pakistan Journal of Social Sciences
- ↑ АМЕА-nın "Məruzələr". LXXII2016 № 1.səh.87–91.
- ↑ "Scientific Relations İn The Context Of The Philosophy Of Multiculturalism And İntercultural Dialogue". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ "Doctor of Sciences in Philosophy, prof.assis. Khatire Guliyeva". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ "Mən elə bilirdim ki"(şerlər)Bakı-1997.
- ↑ "Sənə deyəcəkdim ki"(şerlər)Bakı-2002.
- ↑ "Ölən sevgilər" (şerlər)Bakı-2010.
- ↑ "Haqqın hesabı"(povest)Bakı-2004.
- ↑ "Direktor "B"" (povesdt)Bakı-2004.
- ↑ "Alfons prokuror"(povest)Bakı-2004.
- ↑ "Onun ağ məhəbbəti"(povest)Bakıl-2010.