Xorvatiya Yaponiya Munasibetleri - Wikipedia
Xorvatiya–Yaponiya münasibətləri — Xorvatiya Respublikası ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr YSFR dövründə Yaponiya–Yuqoslaviya münasibətlərinin tərkib hissəsi olmuş, Xorvatiyanın müstəqilliyinin bərpasından sonra yüksələn xəttlə inkişaf etməkdədir.
Xorvatiya–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXorvatiya–Yaponiya münasibətlərinin tarixi hələ İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin Yuqoslaviya Krallığını işğal etdi dövrdən başlamışdır. Belə ki, almanların marioneti olan Müstəqil Xorvatiya Dövləti Berlin-Roma-Tokio oxunun bir hissəsi kimi yaponlar ilə əlaqələrə malik olmuş, Yaponiya imperiyası tərəfindən de-yure tanınmış, hətta yaponların Zaqrebdə səfirliyi də fəaliyyət göstərmişdir[1]. İkinci dünya müharibəsindəki məğlubiyyətdən sonra tərəflər arasında münasibətlər uzun müddət – Xorvatiyanın müstəqilliyinin bərpasına qədər demək olar ki, mövcud olmamışdır.
Diplomatik əlaqələr
redaktəİki ölkə arasında müasir diplomatik əlaqələr 1993-cü ilin mart ayının 5-də qurulmuşdur.
Səfirliklər
redaktəXorvatiyanın Tokiodakı səfirliyi 1993-cü ilin sentyabr ayında, Yaponiyanın Zaqrebdəki səfirliyi isə 1998-ci ilin fevral ayında fəaliyyətə başlamışdır[2].
Xorvatiyanın Yaponiyadakı səfiri hazırda Drazen Hrastiçdir. O, 2015-ci ildən bu vəzifəni daşıyır[3]. Yaponiyanın Xorvatiyadakı səfiri isə hazırda Keiji Takiquçidir. O, 2016-cı ildən bu vəzifəni daşıyır.
Hərbi əlaqələr
redaktəXorvatiya 1 aprel 2009-cu ildə rəsmən NATO-ya üzv olduqdan[4] sonra hər iki ölkənin əsas strateji müttəfiqi ABŞ-dır[5].
İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünü qeyd etmək məqsədilə 2013-cü ilin sentyabr ayında Yaponiya Dəniz Özünü Müdafiə Qüvvələrinin "JDS Kashima" təlim gəmisi Xorvatiyanın ikinci ən böyük şəhəri olan Spliti ziyarət etmişdir[6]. Bu, bir yapon dəniz gəmisi tərəfindən Xorvatiyaya edilən ilk ziyarət kimi tarixə düşmüşdür[7].
Mədəni əlaqələr
redaktəİstinadlar
redaktə- ↑ Vojinović, Aleksandar. NDH u Beogradu Arxivləşdirilib 2017-03-15 at the Wayback Machine, P.I.P, Zagreb 1995. (pgs. 18–20)
- ↑ Japan-Croatia Relations Arxivləşdirilib 2017-04-21 at the Wayback Machine. Japanese Ministry of Foreign Affairs. Retrieved 11 March 2018.
- ↑ 新任駐日クロアチア大使の信任状捧呈 Arxivləşdirilib 2020-10-18 at the Wayback Machine. mofa.go.jp (yap.)
- ↑ "NATO - News: NATO Secretary General welcomes Albania and Croatia as NATO members, 01-Apr.-2009". 2009-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-22.
- ↑ "U.S.-Japan Relations". 2017-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-22.
- ↑ Posjet japanskog broda "Kashima" HRM-u i gradu Splitu - Ministarstvo obrane RH Arxivləşdirilib 2016-10-06 at the Wayback Machine (xorv.)
- ↑ "JDS „Kashima", first Japanese navy ship visiting Croatia !". 2017-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-22.
- ↑ Grad Rijeka - Gradovi prijatelji Arxivləşdirilib 2016-10-28 at the Wayback Machine (xorv.)
- ↑ "Sister Cities of Kyoto" (PDF). 2016-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-03-22.
- ↑ Prijedlog Odluke o suradnji između gradova Hekinana (Japan) i Pule (Republika Hrvatska) Arxivləşdirilib 2017-03-15 at the Wayback Machine (xorv.)
Xarici keçidlər
redaktə- Embassy of the Republic of Croatia in Japan
- Embassy of Japan in Croatia (xorv.), Embassy of Japan in Croatia (yap.)
Yaponiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |