Xosrov Dovlet Tebiet Qorugu - Wikipedia
Xosrov (Gərni) Dövlət Təbiət Qoruğu (erm. Խոսրովի արգելոց) — Ermənistanın Ararat mərzi ərazisində, Qeqam silsiləsinin cənub hissəsində qorunan təbiət ərazisi. 1958-ci ildə yaradılmışdır. Qoruğun sahəsi 29 000 hektar olub Azat və Xosrov çayları hövzəsi daxilində yerləşir. Qoruğun yerləşdiyi ərazinin hündürlüyü 1400-2250 metr arasında dəyişir.
Xosrov Dövlət Təbiət Qoruğu | |
---|---|
erm. Խոսրովի արգելոց | |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 29 196 hektar |
Yaradılma tarixi | 1958 |
Faunası | cənubi Qafqaz ayısı, çöldonuzu, erməni muflonu, bezoar keçisi, Vaşaq, canavar, tülkü |
Yerləşməsi | |
39°58′31″ şm. e. 44°51′31″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Ararat mərzi |
www.khosrov.am | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəTarixi mənbələrə əsasən "Xosrov meşəsi"nin adı IV əsrdə yaşamış II Xosrovun adı ilə bağlıdır. Ehtimal olunur ki, Xosrov bu ərazidə çoxlu miqdarda ağac əkərək ərazini meşə sahəsinə çevirmişdir. Qoruq ərazisində bir çox tarixi və təbii abidələr mövcuddur. Ərazidə mağaralar, şəlalələr, qədim və orta əsrə aid monastırlar, kilsələr var. Xosrov qoruğu İrəvan şəhərindən 60 km cənub-qərbdə yerləşir. Şəhərdən yarım saatlıq yolda yerləşən qoruğun cənubunda Gərni məbədi yerləşir.
Qoruq ərazisində 1850 bitki növü mövcuddur. Bu Ermənistan florasının 50%-ni təşkil edir. 156 bitki növü nadir hesab olunur. Ermənistanın Qırmızı kitabına daxil edilən heyvanların 70%-i qoruq ərazisində məskunlaşıb. Ərazidə həmçinin 192 quş, balıq və sürünən növü var.[1]
Flora
redaktəXosrov dövlət təbiət qoruğunda armud, alma, gavalı, gilas, quşarmudu, yemişan, badam, eləcədə seyrək məşəlik ərazilərdə ardıc və palıd yayılmış. Yüksək dağlıq ərazilərdə dağ kserofit, dağ-çöl və ətəklərdə yarımsəhra bitki növləri üstünlük təşkil edir.
Fauna
redaktəHeyavanat aləmindən aşağıdakılar üstünlük təşkil edir:
- Hörümçəkkimilər — tarantul, gənələrin bir neçə növü, əqrəblər, xaçlı hörümçək;
- Xərçəngkimilər — subirəsi;
- Cücülər — düzqanadlıların, sərtqanadlıların və bərabərqanadlıların bir çox nümayəndələri və kəpənəklər;
- Suda-quruda yaşayanların və balıqların 5 növü;
- Sürünənlərin 33 növü;
- 142 növ quş;
- Məməlilərin 55 növü — cənubi Qafqaz ayısı, çöldonuzu, erməni muflonu, bezoar keçisi, vaşaq, canavar, tülkü və s.[2]
İstinadlar
redaktə- ↑ "Хосровский Государственный заповедник". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
- ↑ "Council of Europe: Convention on the Conservation of European Wildlife and Natural Habitats, Group of Specialists-European Diploma of Protected Areas. Application presented by the Ministry of Nature Protection of the Republic of Armenia: Khosrov Forest State Reserve, 21 November 2011, page 4". 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2017.