Xovd Aymaki - Wikipedia
Xovd aymakı[1] (monq. Ховд аймаг) - Monqolustanın 21 aymakından biri. Qərbi Monqolustanda, paytaxt Ulan-Batordan 1 580 km qərbdə yerləşir. Mərkəzi Xovd şəhəridir. Xovd aymakı adını Xovd çayından götürmüşdür.
Aymak | |
Xovd aymakı | |
---|---|
monq. Ховд аймаг | |
47°00′ şm. e. 92°45′ ş. u.HGYO |
|
Ölkə | Monqolustan |
İnzibati mərkəz | Xovd |
Qubernator | Dandirdorjin Seveenravdan (MDP) |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1931 |
Sahəsi | 76 133 km2 km² (10-cü-ci yer) |
Saat qurşağı | (UTC+7, yayda |
Əhalisi | |
Əhalisi | 81 479 nəfər (2015) |
Əhalinin sıxlığı | 1,1 nəfər/km² (-ci yer) |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | MN-043 |
Telefon kodu | +976 (0)143 |
Poçt indeksi | 84000 |
Avtomobil nömrəsi | XO |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1921-ci il Monqolustan inqilabından sonra, 1925-ci il noyabrın 21-də Çandmani Uulyn aymakı təsis edilir. Bu aymak ölkənin qərbində, indiki Uvs, Xovd aymaklarını və Bayan-Ölgiy aymakının qərbini əhatə edirdi. 1931-ci ildə Çandmani Uulyn aymakı Xovd və Dörvöd aymaklarına bölündü.
Əhalisi
redaktəXovd aymakı öz mədəni əhalisi ilə seçilir. Burda çoxlu sayda etnoslar yaşayır. Xovd aymakında yaşayan etnoslara xalxaları, zaxçinləri, qazaxları, torqudları, öldləri, uryanxayları, dörvödlər, tuvalıları, çantuları, xoşudları nümunə göstərmək olar[2]. Bu etnosların hər birinin özünə xas yaşam tərzi, geyim tərzi, mədəni, ədəbi, bədii və musiqi ənənələri vardır. Aymakın əhalisi 1956-cı ildən etibarən artmaqda davam edir. 1956-cı ildə əhali sayı 42 300 nəfər idisə, 1969-cu ildə bu rəqəm 54 000, 1989-cu ildə 86 831, 2000-ci ildə isə 89 326 nəfər olmuşdur. 2006-cı ildə maksimum həddə çatmış (92 395 nəfər) və azalma müşahidə olunmuşdur. 2010-cu ildə 82 204 nəfər və 2014-cu ildə 81 min nəfərə yaxın azalmışdır.
Coğrafiyası
redaktəXovd aymakı Monqolustan Altayında, Böyük Göllər hövzəsində və ən böyük hissəsi Qobi Altayında yerləşir. Ən yüksək yeri Munxayrxan zirvəsidir ki, onun yüksəkliyi dəniz səviyyəsindən 4 204 m-dir. Ən alçaq nöqtəs isə dəniz səviyyəsindən 1 126 m yüksəklikdə Cunqariya Qobisində yerləşən Bot Sonjiyn nöqtəsidir. Xovd aymakı ərazisindən axan çaylar aşağıdakılardır:
- Xovd çayı
- Bulqan çayı
- Buyant çayı
- Xoyd Senher çayı
- Dund Senher çayı
- Bodonç çayı
Xovd aymakı ərazisində yerləşən göllər aşağıdakılardır:
- Xar us Nuur gölü
- Xar Nur gölü
- Dörgön gölü
- Seseg gölü
Xovd aymakında yerləşən dağlar aşağıdakılardır:
- Altay dağı
- Jargalant xayrxan dağı
- Bumbat xayrxan dağı
- Batar xayrxan dağı
- Monxxayrxan dağı
- Baytaq bog dağı
Rayonları
redaktəXovd aymakı 17 rayondan ibarətdir. Sahəsinə görə ən böyük rayon Altay rayonu olduğu halda, ən kiçiyi Jarqalant rayonudur. Aymakın mərkəzi Xovd rayonu olmasına baxmayaraq, coğrafi mövqeyinə görə Buyant, idarəetməsinə görə Jarqalant rayonu aymakın inzibati mərkəzi sayılır.
Rayon adı (sum) | Monqolca adı | Aymak mərkəzinə qədər məsafə (km) | Sahəsi km2 | Əhalisi (nəfər) | Əhali sıxlığı nəfər/km2 | Etnik tərkib |
---|---|---|---|---|---|---|
Altay | Алтай | 310 | 13 144 | 2 849 | 0,25 | Zahçin |
Bulgan | Булган | 335 | 8 104 | 8 262 | 1,19 | Torqud |
Buyant | Буянт | 19 | 3 759 | 2 673 | 0,96 | Tıva/Xalx |
Çandmani | Чандмань | 160 | 6 016 | 2 469 | 0,52 | Xalx |
Darvi | Дарви | 204 | 5 604 | 2 362 | 0,47 | Xalx |
Dörgön | Дөргөн | 106 | 4 128 | 2 266 | 0,73 | Dörvöd |
Duut | Дуут | 76 | 2 146 | 1 287 | 0,98 | Uryanxay |
Erdenebüren | Эрдэнэбүрэн | 60 | 2 772 | 1 995 | 1,22 | Old |
Jargalant | Жаргалант | 0 | 70 | 29 012 | 417,24 | Xalx/Mixed |
Xovd | Ховд | 27 | 2 830 | 2 722 | 1,63 | Xalx |
Manxan | Манхан | 80 | 4 330 | 3 480 | 1,05 | Zahçin |
Mönxxayrxan | Мөнххайрхан | 155 | 2 554 | 1 955 | 1,06 | Uryanxay/Zahçin |
Möst | Мөст | 180 | 3 927 | 2 939 | 0,91 | Zahçin |
Myangad | Мянгад | 35 | 3 258 | 2 615 | 1,12 | Myangad |
Seseg | Цэцэг | 216 | 3 491 | 2 423 | 0,72 | Halx |
Üyenç | Үенч | 305 | 7 476 | 4 024 | 0,64 | Zahçin |
Zereg | Зэрэг | 130 | 2 524 | 2 727 | 1,23 | Zahçin |
İstinadlar
redaktə- ↑ Khovd aimag Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine http://www.infomongolia.com Arxivləşdirilib 2015-12-05 at the Wayback Machine İstifadə tarixi:2015-11-15
- ↑ 000 оны тооллого