Xristianliqda Ogul - Wikipedia
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
Əsas mövzular
|
Oğul, Oğul-Allah yaxud Allahın Oğlu – xristian inancına görə, bir Allahın üç üqnumundan biri. Üç üqnum doktrininə əsasən, Allahın Oğlu və ya Oğul-Allah Ata və Müqəddəs Ruh ilə mahiyyətcə eynidir, lakin Şəxs olaraq ayrıdır. İsa Məsihin Şəxsində bəşər olub dünyaya gəlmədən öncə Oğul əzəldən vardır.[1]
Xristian inancına görə, Allah-Oğul Ata və Müqəddəs Ruh kimi əzəli və əbədidir. “Afanasi iman rəmzi” belə elan edir:[2]
Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır.
Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur.
Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir.
Lakin üç əbədi Varlıq deyil, bir əbədi Varlıqdır...
Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allahdır, lakin üç Allah deyil, bir Allahdır.
Ata Rəbb, Oğul Rəbb və Müqəddəs Ruh Rəbdir, lakin üç Rəbb deyil, bir Rəbdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ İncildə bu inanca əsas olan ayələr Yəhya Müjdəsindədir: “Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. O, başlanğıcda Allahla birlikdə idi. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı... Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük” (1:1-3, 14); “Buna görə Yəhudilər Ona dedi: «Sənin heç əlli yaşın yoxdur, İbrahimi necə görmüsən?» İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm»” (8:57-58).
- ↑ Афанасьевский символ веры http://antology.rchgi.spb.ru/Athanasius/credo.htm Arxivləşdirilib 2021-07-27 at the Wayback Machine