Xudayet Esgerov - Wikipedia
Xudayat Əsgərov (tam adı: Xudayət Məmməd oğlu Əsgərov) — Azərbaycanlı aktyor və rejissor,kuklaçı, Gəncə Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Azərbaycanın əməkdar artisti (2013),Prezident mükafatçısı(2006)
Xudayət Əsgərov | |
---|---|
Xudayət Məmməd oğlu Əsgərov | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | kuklaçı aktyor |
Fəaliyyət illəri | 1981-ci ildən |
Mükafatları |
Həyatı
redaktəƏsgərov Xudayət Məmməd oğlu 1960-cı il fevralın 14-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Gəncə şəhər Baza İnşaat Texnikomunu bitirib.İbtidai musiqi məktəbinin tar sinfini bitirib. Təhsil aldığı illərdə Gəncə şəhəri İnşaatçılar mədəniyyət sarayının “Gənclik” xalq teatrında həvəskar aktyor kimi fəaliyyət göstərib. 1981-ci ildən C.Cabbarlı adına Gəncə Dövlət Dram teatrında əmək fəaliyyətinə başlayıb.
1987-ci ildən isə Gəncə Dövlət Kukla teatrında aktyor kimi işə qəbul olunub.Bu illər ərzində Kukla teatrının səhnəsində yüzdən artıq tamaşalarda baş rolları ifa edib. Oynadığı rollarla kiçik tamaşaçıların rəğbətini qazanıb. Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu”-da Əhməd, “Meşə çaqqalsız olmaz”-da tülkü, N.Gəncəvinin “Xeyir və Şər”-də Xeyir, Ə.Orucun “Zınqırovlu pişik”-də Ambardar,A.Linqrendin “Uşaq və Karlıson”-da Ata ,R.Səməndərin “Çətin məsələ”-də Canavar, A.S.Eqzüperinin “Balaca Şahzadə”-də Kral ,Xalq nağılı“Şəngülüm,Şüngülüm,Məngülüm”-də Canavar və s. bu kimi yadda qalan obrazlar yaratmışdır.
Aktyorluğu ilə yanaşı Xudayət Əsgərv teatrda bir çox tamaşalara rejissoir kimi quruluş vermişdir.Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”, K.Kollodinin “Pinokkionun sərgüzəştləri, K.Ağaqızının “Tənbəl Əhməd”, O,Abdullayevin “Xoruzun hikkəsi”, R.Əlizadənin “Dəli Domrul” A.Əlizadənin “Şeytanın dostu” və s. bu kimi tamaşalara uğurlu quruluş vermişdir.
Bir çox Beynəlxalq kukla teatrları festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. 1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının ,1998-ci ildən YAP-ın üzvüdür.2013-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
İştirak etdiyi festivallar
redaktə- 1991-ci il - "Qızıl Dərviş" Bakı şəhəri Azərbaycan.
- 1994-cü il - "Şərq xalqları kukla teatrlarının festivalı" Alma-Ata Qazaxıstan.
- 1996-ci il - "Birinci Beynəlxalq Kukla teatrlarının festivalı" Kutaisi şəhəri Gürcüstan.
- 1999-2001-2003-cü illərdə - "4-5-6-cı Kukla və kölgə oyunları festivalı" İzmir şəhəri Türkiyə.
- 2003-cü il - "Ən yaxşı uşaq tamaşaları festivalı" Bakı şəhəri Azərbaycan.
- 2004 - cü il - "10-cu Beynəlxalq Bursa Qaragöz Kukla və kölgə oyunları festivalı" Bursa şəhəri Türkiyə. 2005-ci il - "Sehirli pərdə uşaq tamaşaları festivalı" Torqovişte şəhəri Bolqarıstan.
- 2005-ci il - "Milli klassiklər kukla teatrlarının səhnəsində” İvano - Frankovskiy şəhəri Ukrayna.
- 2008-ci il "Kukla teatrları həftəliyi" Bakı şəhəri Azərbaycan.
- 2009-cu il - "Yeni teatr" festivalı Gəncə şəhəri Azərbaycan.
- 2009-cu il - "İki azdır Üç çoxdur 18-ci Beynəlxalq kukla teatrları festivalı" Plovdiv şəhəri Bolqarıstan. 2010-cu il -"Kukla teatrlari həftəliyi" Qax Azərbaycan
- 2011-cu il - "Milli teatr festivalı" Bakı şəhəri
- 2018-ci il - "3-cü Şəki Beynəlxalq Teatr festivalı" çərçivəsində "Sərhədsiz teatr" festivalı Şəki Azərbaycan. 2019- "1-ci Lənkəran Beynəlxalq teatr festivalı" Lənkəran Azərbaycan. 2019-"7-Teatr Köyü festivalı" Amasiya Türkiyə.
Mükafatları
redaktə- "Əməkdar artist" fəxri adı[1]
- "Prezident mükafatı" [2]
- Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı [3]
- "Sənətkar ordeni"(Azərbaycan Teatr Xadimləri İttifaqının ordeni)
İstinadlar
redaktə- ↑ President.az. "Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2013-06-25. 2023-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-25.
- ↑ e-qanun.az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). E-qanun.az. 2006-05-15. 2023-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-05-15.
- ↑ medeniyyet.az. "Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb" (az.). E-qanun.az. 19-02-2020. 2023-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19-02-2020.
Xarici keçidlər
redaktə- Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb
- Xudayət Əsgərov “Sənətkar” medalı ilə təltif edilib
- Gəncə Dövlət Kukla Teatrında “Pinokkionun sərgüzəştləri” tamaşasının premyerası keçirilib
- Nizami Gəncəvinin poeması əsasında “Xeyir və Şər” uşaq tamaşası təqdim edilib
- Gəncə Dövlət Kukla Teatrı yeni mövsümü “Səlim və sehrbaz” tamaşası ilə açd;