Xudayarli - Wikipedia
Xudayarlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Xudayarlı | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Cəbrayıl rayonu |
Tarixi
redaktə1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd öz adını Xudayar yüzbaşı Çələbiyanlıdan alıb. O, 1799-cu ildə Qaradağ vilayətinin Çələbiyanlı elində öz adı ilə adlanan оbada anadan оlmuşdu. Bəzi bilgilərə görə Şərəfabad şamı deyilən yurdda dünyaya gəlib. Mоlla yanında оxumuşdu. Atasından sоnra оbalarına yüzbaşılıq еtmişdi. Xudayar yüzbaşı 1835-ci ildə Çələbiyanlı elinin bir neçə obası ilə Qarabağa gəlmişdi. Hələ Qaradağdan tanıdığı Cəfərqulu xan Məhəmmədhəsən ağa oglu Sarıcalı-Cavanşirə (Cəfərqulu xan Nəvaya) müraciət etmiş, ondan Diridağını almışdı. Burda qışlaq qurmuş, yayı yaylaqda keçirmişdi. Adi bir yüzbaşı olmasına baxmayaraq bir sıra görkəmli adamlarla dostluq etmişdi. İran şahının vəliəhdi Abbas mirzə Naibəssəltənə onu şəxsən tanıyırmış. II Rus-İran savaşında şahzadənin tapşırıqlarını yerinə yetirmişdi. Abbas mirzənin vəfatından sonra Qaradağ hakimi ilə yola getməmiş, Qarabağa mühacirət etmişdi. Qarabağda heyvandarlıqla məşğul olmuş, hakimin xahişlərinə baxmayaraq geri qayıtmamışdı. Xudayar yüzbaşı 1870-ci ildə vəfat edib. Xudayar yüzbaşı Şərəfnisə xanımla ailə qurmuşdu. Mustafa (1830-?), Əsədulla (1832-?), Fərəculla (1839-?), Əmənulla (1842-?) adlı оğulları, Hürnisə və Gülnisə adlı qızları vardı.Kəndin aparıcı tayfası onun törəmələri idilər. Xudayarlı obasından Əziz Fərəc yüzbaşı oğlu çar zabiti idi. Teymur Fərhad oğlu I Dünya müharibəsində iştirak etmişdi. 2020-ci ildə işğaldan azad olunub.
Toponimikası
redaktəAraz çayı sahilində, düzənlikdədir. Xudayarlı kənddə yaşayan dörd nəsildən birinin adıdır. Böyük Vətən müharibəsi illərində kənd əhalisinin bir hissəsi Xələfli qəsəbəsinə, qalan hissəsi isə Xudafərin körpüsünün yanına köçmüşdür. Odur ki, kənd bəzən Xudafərin də adlanır.[2]
Mədəniyyəti
redaktəAzərbaycan aşıq şeirinin babası Dirili Qurbani, Dirili Surxay əslən bu kəndəndirlər.
Tarixi abidələri
redaktəKənddə anaxaqanlığı dövründən qalma Mazan nənə türbəsi, Qız qalası (Cəbrayıl) istehkamı, Dirili Qurbaninin məzarı, Mərmər ana türbəsi və başqa tarixi abidələr qərar tuturdu.
Əhalisi
redaktəTayfaları
redaktəXudayarlı, Hacıabasəlilər, Abışlı, Hacıhüseynli...
İqtisadiyyatı
redaktə- Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Yük üstü çadırlı, yük altı qatırlı oba - Xudayarlı, Bakı, "Soy" dərgisinin buraxılışı, 2004, 128 səh.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |