Xumbu Buzlagi - Wikipedia
Xumbu Buzlagi - Wikipedia - Haqqında Məlumat
Xumbu Buzlağı Nepalın Xumbu regionunda, Nuptse silsiləsində Everest və Lhotze zirvələri arasında yerləşir. 7,600 metr (24,900 ft) hündürlükdə yeləşən mənbəyi və 4,900 metr (16,100 ft) yüksəkliyi ilə dünyanın ən hündür buzlağıdır.[1] Xumbu Buzlağının sonu Everest Baza düşərgələrindən birində bitir. Buzlağın başlanğıcı isə Everest yaxınlığındakı Sükut dərəsindədir.[2] Sükut dərəsinin qərbində Xumbu Buzlağı nəhəng buz divarı- Xumbu buz divarını əmələ gətirir. Bu buz divarı Everestə gedən Cənubi Kol marşrutunda ən böyük maneə və təhlükədir. Buzlaq həmçinin Nepalın ən böyük buzlağıdır.
Xumbu buzlağı | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 7.600 m, 4.900 m |
Yerləşməsi | |
27°57′32″ şm. e. 86°49′29″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ "ASTER measurement of supraglacial lakes in the Mount Everest region of the Himalaya: The main Khumbu Glacier is about 17 km long with elevations ranging from 4900m at the terminus to 7600m at the source....The 7600m to 8000m elevations are also depicted on numerous detailed topographic maps". 2011-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-11-24.
- ↑ "The Khumbu Glacier". 2011-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-29.