Xursid Agayeva - Wikipedia
Xurşid Həsən bəy qızı Ağayeva (7 (20) aprel 1906, Bakı – 3 dekabr 1953, Bakı) — ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943).
Xurşid Ağayeva | |
---|---|
Xurşid xanım Həsən bəy qızı Ağayeva | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya İmperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşları |
|
Atası | Həsən bəy Ağayev |
Anası | Xədicə Ağayeva |
Fəaliyyəti | musiqişünas |
Mükafatları |
Həyatı
redaktəXurşid Ağayeva 20 aprel 1906-cı ildə anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1935). Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs demiş, elmi işlər üzrə prorektor (1944-1946) olmuşdur.
Xurşid Ağayeva 1918–1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir.
O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır.
Xurşid Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.
Xurşid Ağayeva 3 dekabr 1953-cü ildə vəfat edib.
Ailəsi
redaktə- Görkəmli göz həkimi Bahadur Eyvazovun həyat yoldaşı idi.
- Musiqişünas Xurşid Abdullayevanın nənəsidir.[1][2]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Gender İnformasiya Mərkəzi - Bacılar". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-08.
- ↑ ""Amerikanın Səsi" radiosu. Xurşid Abdullayeva: "37-ci ilin qorxusu anamın canında ömrünün axırınadək qalmışdı"". 2013-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-08.
Xarici keçidlər
redaktə- Azərbaycan tarixində iz qoyan qadınlar - SİYAHI Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine