Yuregir Boyu - Wikipedia
Yuregir Boyu - Wikipedia - Haqqında Məlumat
Yüreğir boyu və ya Üreğir boyu — Oğuz xan dastanında oğuzların 24 boyundan biri kimi qeyd edilir. Bu boyların Üçoq qolunun Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilmişdir. Simvolları qılıncdır.
Üreğir boyunun qılınca bənzər damğası[1] | |||||||||
Yaşadığı ərazilər | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||
Dili | |||||||||
Dini | |||||||||
Mənşəyi | |||||||||
Oğuz (Türk) | |||||||||
Qohum xalqlar | |||||||||
XIII əsrdə Çingiz xanın rəhbərliyindəki Monqol işğallarından qaçaraq Adananın Misis hövzəsində məskunlaşmış və XIV əsrdə Ramazanoğulları bəyliyini qurmuşlar. Bu bəylik uzun müddət Məmlük dövlətindən asılı vəziyyətdə yaşamış və XVI əsrdə Osmanlı sultan I Səlimin Misir səfərində Osmanlılardan asılı düşmüşdü. 1609-cu ildə Pir Mənsur bəyin istəyi əsasında Osmanlı torpaqlarına daxil edilmişdir. Hal-hazırda Misis, Cebelnur bağı, Yumurtalık, Ceyhan, Yüreğir bölgələrində yaşayan türkmənlər bu boydan gəlməkdədir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Atalay, Besim (2006). Divanü Lügati't - Türk. Ankara: Türk Tarih Kurumu Basımevi. ISBN 975-16-0405-2, Cilt I, sayfa 55
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |