Yirgancay - Wikipedia
Yırğançay — Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun tabeçiliyində kənd.
Yırğançay | |
---|---|
ირგანჩაი | |
41°12′22″ şm. e. 44°08′28″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1870 |
Mərkəzin hündürlüyü | 1.660 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1707[2] |
Coğrafi mövqeyi
redaktəYırğançay kəndi Qaraxaç silsiləsinin şərq ətəklərində, dəniz səviyyəsindən 1630–1680 m. yüksəklikdə, Ermənistanla sərhəddə yerləşir. Yüksək dağlıq və az əlverişli fiziki-coğrafi mövqeyə malikdir. Qışı sərt, yayı sərin keçir. Rayon mərkəzindən 24 km., paytaxt Tiflisdən 95 km. cənub-qərbdədir. Ağ çay və Qaranlıq dərə adlı dağ çayları kəndin içərisindən keçir.
Əhalisi
redaktə2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Yırğançay kəndində 3000 nəfər sakin (rayon əhalisinin 9,6%-i) yaşayır.[3] Əhalinin 50,3%-i kişilər, 49,7%-i qadınlardır. Əhalisinin sayına və ərazi bütövlüyünə görə Yırğançay bağlı olduğu rayondan və digər kəndlərdən böyükdür. Rəsmi statistikaya əsasən əhalinin 100%-i azərbaycanlılardan ibarətdir.[4]
Təsərrüfatı
redaktəYüksək dağlıq zonada yerləşən Yırğançayda əhalinin əsas məşğuliyyət sferası südlük-ətlik heyvandarlıq, xüsusilə maldarlıqdır. Torpaq örtüyünün zəif inkişafı və iqlimin əlverişsizliyi ilə əlaqədar olaraq kartofçuluq istisna olunmaqla, əkinçilik çox zəif inkişafı ilə səciyyələnir. Ermənistanla sərhəd xəttinin cəmisi 1 km. olması və Dmanisi rayonunun ən yaxın kəndinin buradan 13 km. məsafədə yerləşməsi, habelə infrastrukturun "yox" səviyyəsində olması təsərrüfat əlaqələrinin inkişafına ciddi maneəçilik törədir.
Mədəniyyəti
redaktəYırğançayda hal-hazırda azərbaycandilli bir orta məktəb, bir ambulator tipli xəstəxana,[5], bir xalçaçılıq sexi [6] fəaliyyət göstərir.Kənddə Gürcüstan sərhəd qoşunlarının hərbi hissəsi yerləşir. Marneuli və Dmanisi şəhərləri ilə gündəlik, Tiflis və Bakı şəhərləri ilə qeyri-müntəzəm avtobus marşrutları işləyir.
İstinadlar
redaktə- ↑ http://census.ge/en/home.
- ↑ http://www.gpost.ge.
- ↑ "Gürcüstanda kənd əhalisinin statistik icmalı" (PDF). 2007-11-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2007-11-05.
- ↑ "2002-ci ildə Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələri" (PDF). 2009-03-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2007-11-05.
- ↑ [http://www.borchali.net/old/index.php?s=xeberler&id=18[ölü keçid] Borçalı haqqında internet saytı
- ↑ [1] Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine Azərbaycan diasporasının rəsmi internet saytı]