Yedulla Semedi - Wikipedia
Yədulla Səmədi (1951, Marağa, Şərqi Azərbaycan ostanı – 25 sentyabr 2018, Şiraz) — İran kinosu və televiziyasının tanınmış azərbaycanlı rejissoru[1].
Yədulla Səmədi | |
---|---|
Doğum tarixi | 1951 |
Doğum yeri | |
Vəfat tarixi | 25 sentyabr 2018 |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | ssenarist, kinorejissor, telerejissor |
IMDb | ID0759620 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
redaktəYədulla Səmədi 1952-ci ildə Marağa şəhərində dünyaya gəlib. Yədulla Səmədinin çəkdiyi bir çox kino-filmin mövzusu türk dili və mədəniyyəti, həmçinin Azərbaycan vilayətlərində baş verən hadisələrə həsr edilib. Rejissorun 1986-cı ildə çəkdiyi "Avtobus" kinofilmi o dövrün ən çox satılan filmlərindən olub. İran Azərbaycanının kəndlərində iki tayfa arasındakı qarşıdurmanı təsvir edən "Avtobus" filminin hekayəsi əslində Səfəvilər dönəmindən bəri davam edən "Heydəri-Neməti" münaqişəsinin bir təmsilidir.
Avtobus filmindən 3 il sonra çəkilən "Savalan" filminin hekayəsi də İran Azərbaycanında baş verən hadisələrə əsaslanır. Filmin baş qəhrəmanı Koroğlu Savalan kəndinin əhalisini basqınçıların hücumundan qoruyur.
Urmiyə Aşıq Məktəbinin iki böyük ustadı Aşıq Dərviş və Aşıq Yusuf müvafiq olaraq ‘Avtobus’ və ‘Savalan’ filmlərində rol alıb və mahnı ifa ediblər.
Rejissorun 1994 və 1997-ci illərində çəkdiyi "Dəli Domrul" və "Saray" filmləri İran Azərbaycanında türk dilində, ölkənin digər bölgələrində isə fars dilində nümayiş olunub.
"Saray" filminin musiqisini məşhur günenyli sənətkar Aşıq Çingiz Mehdipur bəstələyib.
Rejissoru olduğu "Təkəmçi" adlı televiziya filmi isə İranda türk kimliyinin aşağılanması və türklərin paytaxt Tehranda lağa qoyulmasını təsvir edir.
Yədulla Səmədinin digər əsərlərinin böyük qismi komediya filmlərindən ibarətdir. O həmçinin İslam İnqilabı və İran-İraq müharibəsi mövzusunda filmlər çəkib[1].
Ölümü
redaktəYədulla Səmədi uzun illər qara ciyər xəstəliyindən əziyyət çəkib. Ona yeni ciyər transplantasiya olunsa belə səhhətindəki problemlərə görə 66 yaşında Şirazda dünyasını dəyişib[2].
Filmoqrafiya
redaktəRejissoru olduğu filmlər
redaktə- Başqasının atası (2014)
- 7S (serial) (2013)
- Hava uçuşu (teleserial) (2007)
- Mənim ledim (2002)
- Sara (1997)
- Gülüşün möcüzəsi (1996)
- Domrul (1993)
- Mənzil № 13 (1990)
- Savalan (1989)
- Stansiya (1987)
- Avtobus (1985)
- Çox bilən insan (1984)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Tanınmış azərbaycanlı rejissor Yədulla Səmədi". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.
- ↑ "Yədulla Səmədi dünyasını dəyişib". 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.