Yehudisunasliq - Wikipedia
Yəhudişünaslıq (ing. Jewish studies Judaic studies) (ibranicə: מדעי היהדות) — yəhudilik və yəhudilərin öyrənilməsi ilə məşqul olan bir elm sahəsidir. Yəhudişünaslıq fənlərarası bir sahə olub özündə tarix, (xüsusilə yəhudi tarixi) orta şərq araşdırmaları, asiya araşdırmaları, şərqşünaslıq, din araşdrmaları, arxeologiya, sosiologiya, etnologiya kimi sahələrin elementlərini birləşdirir. Ayrıca bir sahə kimi yəhudişünaslıq əsasən Şimali Amerikanın kollec və universitetlərində mövcuddur.
Tarixi
redaktəYəhudilərdə oxuyub öyrənməyə, xüsusilə dini mətnlərin öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Tövratın öyrənilməsi dini bir vəzifə, borc kimi hesab edilir. Renesansdan bəri və yüksək təhsilin yayılmasından sonra çox sayda insan, yəhudi olmayanlar da daxil olmaqla Yəhudi tarixini irsini və dinini öyrənməyə vasitə olaraq yəhudiləri və yəhudiliyi öyrənməyi şeçiblər.
Yəhudişünaslığın tədris olunduğu təhsil ocaqları
redaktəAmerika Birləşmiş Ştatları və İsraildə yerləşən bir şeçə təhsil ocağı yəhudi araşdırmalar ilə bağlı təhsil almaq mümkündür.
Yerusəlim Yəhudi Universiteti
redaktəYerusəlim Yəhudi Universitetinin Yəhudişünaslıq İnstitutu 1924-cü ildə, universitetin açılışından bir neçə ay əvvəl təsis edilmişdir.