Yequbi Tarixi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Yəqubi tarixi" ümumi tarix olub Adəmin yer üzünə enişindən başlayıb İslamın zühurunadək davam edir və ondan sonra 259 ilədək olan hadisələri əhatə edir.
Qeyd etmək lazımdır ki, "Yəqubi tarixi" İslam mədəniyyətində qələmə alınmış və bizə gəlib çatan ən qədim ümumi tarixdir. Hal-hazırda kitabın ən çox yayılmış çapı iki cilddədir. Birinci cild Adəmin (ə) həyatının əvvəlindən İslamın meydana gəlməsinədək, ikinci cild isə İslamın başlanğıcından 259-cu ilədək olan hadisələri ozündə əks etdirir.
Kitabın yazılma üslubu hədisi deyil, tarixi üslubdur. Bu mənada ki, Yəqubi bəzi muhəddis tarixçilər kimi hadisələri sənədin silsiləsini qeyd etməklə hədis şəklində gətirməmişdir. Əksinə bir tarixçi kimi müxtəlif mənbələrdən istifadə etdikdən sonra kitabı yazmağa girişmişdir. Bu baxımdan "Yəqubi tarixi" Dinəvərinin "Əxbarut-tıval" və Məsudinin "Murucuz-zəhəb" kitablarına bənzəyir, Təbərinin tarixinə deyil. Lakin qeyd etmək lazımdır ki, kitabın yazılma şəkli tarixi olsa da mətləblərin sənədlərinin verilməməsi nəql olunanların sənəd baxımından araşdırılmasını tədqiqatçı üçün imkansız edir. Bundan əlavə kitab illər əsasında deyil tarixi fəsil başlıqları əsasında (məsələn, xəlifələrin hakimiyyətə gəlməsi) yazılmışdır. Məsudi də "Murucuz-zəhəb" kitabında bu üslubdan istifadə etmişdir. Halbuki Təbəri tarixində hadisələr illər əsasında verilmişdir.
İstinadlar
redaktə