Yaglivend Golu - Wikipedia
Yağlıvənd gölü — Azərbaycan Respublikasının Füzuli rayonununda göl. Şirin sulu, axarlı göldü. Göl rayonun Yağlıvənd kəndi ərazisində yerləşir. 1955-ci ildə Suqovuşan və Təpə bulağından 5–6 yüz metr aşağıda Köndələnçay və Ağoğlan çayının qarşısını kəsib, bənd atdılar və Köndələnçay səddini tikdilər.
Yağlıvənd gölü | |
---|---|
Ümumi məlumatlar | |
Tökülən çaylar | Köndələnçay, Ağoğlan |
Axan çay | Köndələnçay |
Yerləşməsi | |
39°38′31″ şm. e. 47°07′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşməsi |
Füzuli rayonu Yağlıvənd |
|
|
|
Rəsmi sənədlərdə 1 N-li Köndələnçay Su anbarı adlandırılan bu gölün su tutumu 20 milyon kubmetr təşkil edir. Tikintisi 1962-ci ildə başa çatdırıldıqdan sonra su anbarı istismara verilmiş və suvarma məqsədilə yaradılmışdır.
Lakin Füzuli rayonunun Yağlıvənd kəndi erməni qəsibkarları tərəfindən işğalı (15 avqust 1993-cü il) nəticəsində su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur.
27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsindən sonra adıçəkilən göl yenidən təmir edilərək bərpa edildi.