Yasma - Wikipedia
Yaşma — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd.
Yaşma | |
---|---|
40°42′12″ şm. e. 49°28′19″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xızı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşma Xızı rayonunun Şuraabad inzibati ərazi vahidində qəsəbə, Bakı-Xaçmaz dəmiryolu xəttində stansiya. XIX əsrdə dəmiryolu xəttinin çəkilişi ilə əlaqədar stansiya kimi salınmış, Böyük Vətən müharibəsindən (1941-1945) sonra ətraf kəndlərin əhalisi hesabına yaşayış məntəqəsinə çevrilmişdir. Yerli tələffüz variantı Eşmə olan bu oykonim türk dillərindəki "əyri-üyrü çay yatağı", "qumsallıqda su mənbəyi", "qumluqda çeşmə" mənalarını bildirən əşnid sözü ilə əlaqələndirilir. Yerli məlumata görə, bu ərazinin keçmiş adı Eşməyeri olmuşdur. Tədqiqatçılara görə, bu termin eşilmək sözündən olub, dəniz sularının sahili yuması nəticəsində yaranmış sahəyə deyilir. Bu coğrafi termin qazaxlarda espe, qırğızlarda eşme variantında işlənir.[1]
İstinadlar
redaktə- ↑ Yaşma // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Xızı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |