Yak 141 - Wikipedia
Yakovlev Yak-141, Yak-38 modelinin təkmilləşdirilmiş versiyası olan Yak-41 təyyarələrinin yerini alması üçün prototip işləri həyata keçirilmiş olan Rusiya istehsalı döyüş təyyarəsidir. NATO kod adı Freestyle olmuşdur. 1991-ci ildən sonra layihə SSRİ-də büdcə problemləri səbəbinə görə dayandırılmışdır. İlk uçuşunu 9 mart 1987-ci ildə həyata keçirmişdir.
Yak-141 | |
---|---|
Tipi | Qırıcı, şaquli enmə-qalxma |
İlk uçuş | 9 mart 1987 |
Buraxılış sayı | 2 |
Vikianbarda əlaqəli mediafayllar |
Yak-141 dünyanın ilk süpersonik (səsdən iti) VTOL/CTOL döyüş təyyarəsidir. İlk uçuşunu 1989-cu ildə həyata keçirmişdir. Üç turbofanla hərəkət edən təyyarənin əsas mühərriki hərəkət edə bilən eqzosları sayəsində həm dırmanmağa kömək edir, həm də normal uçuş zamanı istifadə edilirdi. Buna əlavə yalnız təyyarənin havaya qalxması zamanı istifadə edilən və kokpitin həmən arxasında yerləşən düz şəkildə yerləşdirilmiş iki ədəd kiçik reaktiv mühərriki də vardır. Bu motorlar sayəsində Yak-141 15800 kq ağırlığa qədər VTOL dırmanma edə bilir. Ayrıca olaraq 19500 kq ağırlıqda 60 ilə 120 metrəlik qısa pistlərdən də (enmə-qalxma zolağı) STOL dırmanmaya qadirdir. Ancaq əsas motorda “afterburner” olmaması böyük bir qüsurdur. OKB Yakovlev, böyük oxşarlıqlar göstərməsi səbəbi ilə “JSF” layihəsində Lockheed ilə ortaq işlərdə iştirak etmişdir.