Yak 38 - Wikipedia
Yak 38 - Wikipedia - Haqqında Məlumat
Yakovlev Yak-38 (NATO kod adı: Forger) SSRİ donanmasında istifadə edilmiş olan birinci və sonuncu VTOL çoxməqsədli qırıcı-bombardmançı döyüş təyyarəsidir. İlk uçuşunu 1971-ci ildə etmişdir. 1976-cı ildə silahlanmaya qəbul edilmiş və 1991-ci ildə silahlanmadan çıxarılmışdır. SSRİ Hərbi Dəniz Qüvvələrindən başqa Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən də istifadə edilmişdir. Ümumi olaraq 231 ədəd istehsal edilmiş olan bu təyyarələr Yak-36 təyyarələrinin baza modeli əsasında hazırlanmışdır.
Yak-38 | |
---|---|
Tipi | şaquli enmə-qalxma, hücum təyyarəsi |
İlk uçuş | 1971 |
İstismara verilmə tarixi | 11 avqust 1977[1] |
İstimarının bitmə tarixi | 2004 |
İstismarçılar | |
Buraxılış sayı | 231 |
Vikianbarda əlaqəli mediafayllar |
Prototip VM-01 10 aprel 1970-ci ildə bitirilmişdir. İlkin olaraq xarici görünüşünə görə ingilis istehsalı olan Harrier döyüş təyyarəsinə oxşayırdı.