Yalcin Nesirov - Wikipedia
Yalçın Canhəsən oğlu Nəsirov (23 yanvar 1976, Astara rayonu – 24 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı şəhid olmuşdur.
Yalçın Nəsirov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Sərək, Astara rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Sərək |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Canhəsən Nəsirov |
Dini | İslam |
Fəaliyyət illəri | 1994–1995 |
Mükafatları |
Həyatı
redaktə23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. Tərtər və Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.[1]
Ailəsi
redaktəSubay idi.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Astara rayonu Sərək kənd orta məktəbi onun adını daşıyır.
Astara rayonundakı "Qəhrəmanlar" parkında büstü qoyulmuşdur
İstinadlar
redaktə- ↑ Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 228.