Yaloba Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Yaloba Tarix-Diyarşünaslıq Muzeyi — Azərbaycan Respublikasının Xocalı rayon Kosalar kənd nümayəndəliyində muzey.
Yaloba Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 19 aprel 1991 |
Mövzu | Tarix |
Yerləşir |
Xocalı rayon Kosalar kəndi İşğaldan sonra Hacıkənd rayonu |
Kolleksiyası | 1200 eksponat |
Direktor | Məmmədov Tofiq Şahlar oğlu [1] |
Telefon | (+994 22) 396-90-23 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
[email protected] |
Muzeyin tarixi
redaktəAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 19 aprel 1991-ci il tarixli əmri ilə Xocalı rayon Kosalar kənd nümayəndəliyinin Yolaba kənd Tarix – Diyarşünaslıq muzeyi yaradılmışdır.[2]
Muzeyin eksponatları
redaktə1992-ci ildə may ayının 9 – da ermənilərin Kosalar kəndinə hücumu zamanı bütün eksponantlar işğal zonasında qalmışdır. Kənd işğal olunmamışdan qabaq muzeydə 800 adda 1500 ədəd qiymətli eksponantlar var idi. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və keramikadan hazırlanmış maddi məişət əşyaları, Şuşa rəssamlarının əl ilə yağlı boyalarla çəkdikləri rəsm əsərləri, Qarabağın keçmiş mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı əşyaları muzeydə saxlanılırdı. İndi isə muzeydə vətənpərvərlik mövzusunda stendlərdən ibarət sərgilər və Qarabağın qədim tarixini əks etdirən çoxlu sayda eksponantlar toplanaraq muzeyin fonduna daxil edilmişdir.
Muzeyin binası
redaktəMuzey 1 mərtəbəli binada, ümumi sahəsi 79 m2 olan 3 otaqda yerləşir. Eksponatların sayı 1200-dür. Məcburi köçkün düşəndən sonra Xocalı rayon Kosalar kənd nümayəndəliyi Kəpəz rayonunun Hacıkənd qəsəbəsində məskunlaşmışdır. O, vaxtdan da Yaloba kənd Tarix – Diyarşünaslıq muzeyi Hacıkənd qəsəbəsində fəaliyyət göstərir. Xocalı rayonu işğal olunduqdan sonra 2014-cü ilin dekabr ayından Gəncə şəhərində xocalılar üçün yeni salınmış qəsəbədə fəaliyyətini davam etdirir.[3]
Eksponatların toplanması
redaktəEksponatların alınması üçün böyük vəsait olmamasına baxmayaraq, müzeyin direktoru Məmmədov Tofiqin fədakar əməyini nəticəsində eksponatlar əhalidən toplanmışdır. Ağdam-Şuşa yolunda yaranan gərgin vəziyyət, yolların bağlanması, gediş-gəlişin çətinləşməsinə baxmayaraq Tofiq Məmmədov müharibənin qızğın vaxtında böyük səylə müzeyin təşkili ilə məşğul olurdu.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Məmmədov Tofiq Şahlar oğlu". 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Xocalı rayon Mədəniyyət şöbəsi Yaloba Tarix-Diyarşünaslıq Muzeyi
- ↑ Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi [ölü keçid]