Yalta Konfransi - Wikipedia
Yalta (Krım) konfrası (ing. Yalta Conference, rus. Ялтинская конференция) – 4–11 fevral 1945-ci ildə Yaltanın Livadiya sarayında keçirilmiş İkinci Dünya müharibəsinə dair konfrans.
Yalta konfransı | |
---|---|
ing. Yalta Conference | |
| |
Başqa adı | Krım konfransı |
Keçirilmə tarixi | 4— 11 fevral 1945-ci il |
Keçirildiyi yer | Livadiya sarayı, Yalta, SSRİ |
İştirakçılar |
SSRİ ABŞ Böyük Britaniya |
Müzakirə edilən məsələlər | Müharibədən sonra Almaniyanın qurulması, dünyanın qalib dövlətlər tərəfindən gələcək bölünməsi |
Nəticələr | Müzakirə edilən məsələlər üzrə razılaşma |
Ardıcıllıq | |
Vikianbarda əlaqəli mediafayllar |
Konfransın qərarları
redaktə1945-ci ilin fevralında Yaltada "Böyük üçlüyün" dövlət başçılarının (Çörçill, Ruzvelt və Stalin) yeni görüşü keçirildi. Krım konfransı adını almış bu konfransda qərara alındı ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. SSRİ, ABŞ və Böyük Britaniyadan başqa Fransaya da işğal zonası verilməlidir.
Almaniyadan təzminat alınmasının vacibliyi də qeyd olundu. Belə ki, konfrans qərara aldı ki, Almaniya 20 milyard dollar təzminat ödəməlidir və bunun da, 10 milyard dolları SSRİ-yə çatmalı idi. Konfransda SSRİ qərb sərhədlərinin tanınmasına nail oldu. Bununla yanaşı, SSRİ Almaniya ilə müharibə qurtarandan 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə başlamaq barədə götürmüş olduğu öhdəliyə sadiq qaldı. İosif Stalin bunun müqabilində Cənubi Saxalin, Kuril adaları, Mancuriyada Cənub-Şərqi Çin dəmir yolu və Port-Arturun SSRİ-yə verilməsini tələb etdi. Konfransda "Azad edilmiş Avropa haqqında bəyannamə"də qeyd edildi ki, qitə xalqlarının arzularına uyğun demokratik təsisatlar qurmasına təminat veriləcəkdir. Konfransda gələcək Birləşmiş Millətlər Təşkilatının iş qaydaları müəyyənləşdirildi. Yalta konfransının qərarlarının təsdiqi 1945-ci ilin 17 iyul-2 avqustda keçirilmiş Potsdam konfransının qərarları oldu.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Minutes of the conference Combined Arms Research Library
- Foreign relations of the United States. Conferences at Malta and Yalta, 1945
- Protocol of proceedings of Crimea Conference
- MilitaryHistoryOnline Yalta Conference
- How good was the Good War?
- The Division of Europe Online Documents Collection
- Special German series 2. The Committee on Dismemberment of Germany Allied discussions on the dismemberment of Germany into separate states, March 29, 1945. The committee was ordained at Yalta.
- Yalta casts its shadow 60 years on, BBC, February 7, 2005
- Scientific conferences devoted Yalta 2004-2010; Arxivləşdirilib 2013-05-22 at the Wayback Machine Yalta-45|13
- EDSITEment lesson plan Sources of Discord, 1945-1946
- How good was the Good War?