Yana Cay Laptevler Denizi Hovzesi - Wikipedia
Yana Cay Laptevler Denizi Hovzesi - Wikipedia - Haqqında Məlumat
Yana (saxa Дьааҥы) — Saxa Respublikasında çay. Verxoyansk silsiləsindən başlanan Dulqalax və Sartanq çaylarının birləşməsindən əmələ gəlir. Delta (sahəsi 10200 km²) əmələ gətirərək Laptevlər dənizinin Yana körfəzinə tökülür. Uzunluğu 872 km, hövzəsinin sahəsi 238 min km²-dir. Çoxlu ada və dayazlıqlar var. Əsasən yağış suları ilə qidalanır. Oktyabrdan aprel-mayadək donmuş olur. Mühüm qolları Adıça və Bıtantay çaylarıdır. Verxoyansk şəhərindən mənsəbinədək gəmiçiliyə yararlıdır. Balıqla (durnabalığı, xarius, çir və s.) zəngindir. Yana hövzəsinin 6.9 milyon kilovat hidroenerji ehtiyatı var.
Yana | |
---|---|
Ölkə | |
Mənsəbi | Yana körfəzi |
Uzunluğu |
|
Su sərfi | 925 m³/s |
Hövzəsinin sahəsi | 238.000 km² |
DSR[rus.] | 18040100112117700006264 |
Vikianbarda əlaqəli mediafayllar |
Mənbə
redaktə- ASE, V cild, Bakı, 1981, səh. 61