Yapon Enteri - Wikipedia
Yapon əntəri[3] (lat. Macaca fuscata) — Əntərlər cinsinə aid olan meymun növü.
Yapon əntəri | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Yapon əntəri |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yakuşima adasında yaşayan əntərlər qısa xəzə malik olmaları ilə yanaşı özünü aparma mədəni xüsusiyyətlərinin formalaşması ilə seçilirlər. Bu səbəbdən onlar ayrı yarımnöv[4] (Macaca fuscata yakui) hesab edilir
Xariçi görünüşü
redaktəErkəklərin hündürlüyü 80–95 sm, kutleləri 12–14 kq, dişilər istər ölçü istərsə çəki baxımından erkəklərdən geri qalır. Meymunlar qırmızı dəriyə və tünd boz xəzə malik olurlar. Bədəni burun və əllər istisna olmaqla qəhvəyi ləkələrlə örtülüdür. Quyruqları qısa olur və 10 santımetri keçmir.
Boğazlıq dövrü 170–180 gün davam edir. Yeni doğulan körpə 500 q çəkiyə malik olur. İki və daha artıq balanın doğulması nadir hallarda baş verir.
Əntərlər ortalama 25–30 il, nadir hallarda çox yaşayırlar.
Arealı
redaktəBu əntərlər dünyanın şimala yaxın yeganə meymunlarıdırlar[5][6]. Əsasən Honşu adasının şimalında yayılmış meymunlar bu baxımından seçilirlər. Bununla belə 1972-ci ildə Texasda bu növün nümayəndələri açıq təbiətə buraxılmışlar.
Yapon əntərləri istənilən növ meşələrdə yaşaya bilərlər. Bəzi meşələrdə yarpaqlar, cücülər, bitki kökləri, kiçik onurğalılar və quş yumurtaları ilə qidalanırlar. Onlar hətta su sahələrində balıqlar, xərçənglər və molyusklarla qidalanırlar. Yaponiyanın şimal hissələrində hardaki, qar beş ay müddətində yerdə qalır, üstəlik orta temperatur −5° olarkən meymunlar adalarda yerləşən isti mənbələrə üz tuturlar. Daha soyuq vaxtlarda isti su mənbələrinə girərək günlərini orada keçirirlər. Qida dalınca gedərkən yaş bədənləri daha güçlü donmağa məruz qalır. Bunu aradan qaldırmaq üçün bu növün özünə məxsus sistemi vardır. Beləki dəstənin iki üzvü suya girmir. Onlar qida təminatı ilə məşgul olurlar[7]
Yapon əntərləri 10-dan 100-ə qədər üzvdən ibarət olan qruplarda birləşirlər. Bu qruplara həm dişilər həm də erkəklər birgə yaşayırlar.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1998.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ macaque [ölü keçid] pronunciation by Oxford Dictionaries
- ↑ Groves, C. P. (2005). Wilson, D. E.; Reeder, D. M., eds. Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd ed.). Baltimore: Johns Hopkins University Press. p. 162. OCLC 62265494. ISBN 0-801-88221-4.
- ↑ "Jigokudani Monkey Park, Nagano: Explore the Heart of Japan". 2012-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-27.
- ↑ Profile of Japanese macaques by Masahiro Minami, Simon Fraser University; Masui, K. (1988), Nihonzaru no fudo, Climatology of Japanese Macaque, Tokyo: Yuzankaku; Nakagawa, N., Iwamoto, T., Yokota, N., & Soumah, A. G. (1996). Inter-regional and inter-seasonal variations of food quality in Japanese macaques: constraints of digestive volume and feeding time. In J. E. FA., & D. G. Lindburg (Eds.), Evolution and ecology of macaque societies (pp. 207–234). New York, NY: Cambridge University Press.
- ↑ "Yapon əntərləri - şimala ən yaxın yamayan meymunlar". 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-04.
Mənbə
redaktə- Обезьяна-морж. Yapon əntərləri qış ayları göldə yaşayırlar (foto) Arxivləşdirilib 2008-03-11 at the Wayback Machine
- Jigokudani Yaen-Koen Arxivləşdirilib 2006-10-14 at the Wayback Machine (yap.)
- Guide around Snow Monkey park Arxivləşdirilib 2008-12-29 at the Wayback Machine (ing.)