Yaponiya Hemkarlar Ittifaqlari Konfederasiyasi - Wikipedia
Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası (yap. 日本労働組合総連合会) və ya qısaca RENGO (yap. 連合) — Yaponiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Tokio şəhərində yerləşir.
Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası RENGO yap. 連合 | |
---|---|
yap. 日本労働組合総連合会 | |
Növü | Həmkarlar ittifaqı |
Yaranma tarixi | 1989 |
Mərkəzi | Tokio |
Sədr | Nobuaki Koqa |
jtuc-rengo.org |
Tarixi
redaktəYaponiya Həmkarlar İttifaqları Konfederasiyası 1989-cu ildə bir neçə milli mərkəzin birləşməsindən yaranmışdır.
Strukturu
redaktə3 pilləli strukturdan ibarətdir:
- müəssisədaxili ilk təşkilatlar – iş şəraitini yaxşılaşdırmaq, işçilərin ailə üzvlərinə müəyyən xidmətləri təmin etmək üçün iş yerlərində danışıqlar və əməyin idarə olunmasına aid məsləhətlər aparırlar;
- sahə birlikləri – müəssisədaxili ilk təşkilatlardan təşkil olunur və onların üzvləri müəssisədə iş şəraitinə aid məlumat mübadiləsi aparırlar və sahəyə aid spesifik problemlərin həll olunmasına çalışırlar;
- milli mərkəz – Konfederasiya isə öz-özlüyündə sahə birliklərindən ibarət olan milli mərkəzdir. İşçilərin, üzvlərinin hüquqlarının qorunması nöqteyi-nəzərindən əmək standartları, vergilər sistemi, sosial təminat və s. məsələlər üzrə hökumətlə, işəgötürənlərlə birgə fəaliyyət göstərir.
Konfederasiyanın regional təşkilatları da mövcuddur.
Məqsədi və fəaliyyəti
redaktəKonfederasiyanın əsas məqsədi işçilərin hüquqlarının qorunması, həyat şəraitlərinin yaxşılaşdırılmasıdır. Bu məqsədlə də ilk təşkilatlar iş yerlərində müəssisə rəhbərləri ilə danışıqlar aparır və problemlərin həll olunmasına çalışırlar. Lakin buna baxmayaraq, yenə də həll olunmayan məsələlər var. Məsələn, tibbi sığorta sistemi, təqaüd, işçilərin sığortası və s.
Bu kimi problemlərin həlli üçün Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası iqtisadi, sosial təminat siyasəti, işçi və əmək siyasəti və s. sahələrdə sistematik tələblər irəli sürürlər. Milli və Bələdiyyə Məsləhət Şurasında həmkarlar ittifaqları üzvləri əmək qanunvericiliyi, mövcud qanunda dəyişikliklərin aparılması və s. məsələlərə dair fikirlərini ifadə edirlər.
"Yaz mübarizəsi"
redaktəYaponiyada maliyyə ili aprel ayında başlayır. Həmin ayda bir çox şirkətlər yeni işçilər cəlb edir, əməkhaqqı sistemində təftiş aparır. Ona görə də bu mövsüm dəyişikliyi ilə bağlı 1955-ci ildə "Yaz mübarizəsi" başlanmışdı. Bu aksiyanın da əsas məqsədi əməkhaqlarının qaldırılması, iş şəraitinin yaxşılaşdırılması, digər tələblərinin işəgötürənlərə çatdırılması idi. İndi də həmkarlar ittifaqlarının aksiyalarının əksər hissəsi yaz aylarına təsadüf edir.
Tərkibi
redaktə2012-ci ilin iyul ayının məlumatlarına görə tərkibində 54 üzv təşkilat və 47 regional təşkilatı var.[1]
Rəhbərləri
redaktə2009-cu ildən bəri təşkilata Nobuaki Koqa rəhbərlik edir.
Mənbə
redaktə- Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası (JTUC-RENGO) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 13.04.2012. (az.)
Ədəbiyyat
redaktə- International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
İstinadlar
redaktə- ↑ Rengo website Role and Function Arxivləşdirilib 2022-01-21 at the Wayback Machine Retrieved on July 6 2012
Xarici keçidlər
redaktə- jtuc-rengo.org — Rəsmi saytı