Yaponiyali Nikolay - Wikipedia
Yaponiyalı Nikolay və ya əsl adı ilə İvan Dmitriyeviç Kasatkin (rus. Иван Дмитриевич Касаткин; 1 (13) avqust 1836, Smolensk – 3 (16) fevral 1912, Tokio[d]) – Yaponiyada rus pravoslav kilsəsinin arxiyepiskopu.
Yaponiyalı Nikolay | |
---|---|
Rütbə | Yaponiya arxiyepiskopu. |
Doğum tarixi | 1 (13) avqust 1836 |
Doğum yeri |
|
Vəfat tarixi | 3 (16) fevral 1912 (75 yaşında) |
Vəfat yeri | |
Xatirə günü | 16 fevral |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDoğum adı İvan Dmitriyeviç Kasatkindir. Sankt-Peterburqda yerləşən teologiya akademiyasından məzun olduqdan sonra 1861-ci ildə Hakodate limanında yerləşən rus konsulluğu kilsəsinin keşişi kimi Yaponiyaya səyahət etmişdir.[1] Yaponiyadakı ilk yeddi ilini yapon dilini, ədəbiyyatını, ənənələrini və adətlərini öyrənməklə keçirmişdir.[1]
Yaponiyada xristianlığı təbliğ etmək qadağası 1873-cü ilə qədər davam etsə də, onun təşəbbüsü altında 1870-ci ildə Yaponiyada rus pravoslav missiyasının əsası qoyulmuşdur.[1] O, Kamçatka yepiskopluğunun yurisdiksiyası altında olan bu missiyanın başçısı təyin olunmuşdur.[1] 1872-ci ildə Tokio şəhərinə köçmüş və Rusiya nümayəndəliyinin adı ilə şəhərində mərkəzində yer icarəyə götürmüşdür.[1] Burada seminar, katexistlər məktəbi, qadınlar üçün dini məktəb və Müqəddəs Diriliş kafedralını tikdirmişdir.[1]
1880-ci ildə Yaponiyanın yepiskopluğuna təyin olunmuşdur.[1] O, 1912-ci ildəki ölümünə qədər Tokioda yaşamışdır.[1] O, Yaponiya Pravoslav Kilsəsinin milli xarakterinin formalaşdırmasında vacib rol oynamışdır.[1] Yerli ruhanilərdən birini kilsəyə cəlb etmiş və Rus–yapon müharibəsi zamanı çara yox, Yaponiya imperatoruna siyasi sadiqliyi müdafiə etmişdir.[1]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 3. ISBN 0-87011-626-6. İstifadə tarixi: 24 fevral 2023.