Yaqub Ismayilov - Wikipedia
Yaqub Abbasəli oğlu İsmayılov (21 noyabr 1916, Yelizavetpol – 3 oktyabr 1983, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sədri (1962–1978), Azərbaycan SSR tikinti naziri (1959–1962).
Yaqub İsmayılov | |
---|---|
16 yanvar 1962 – 15 noyabr 1978 | |
Əvvəlki | Tofiq Əhmədov |
Sonrakı | Cavanşir Hüseynov |
8 may 1959 – 16 yanvar 1962 | |
Əvvəlki | Nurulla Ağayev |
Sonrakı | Məmmədəli Abbasov |
1957 – 1959 | |
Nazir | Nurulla Ağayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 noyabr 1916 |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 1983 (66 yaşında) |
Vəfat yeri |
Həyatı
redaktəYaqub Abbasəli oğlu İsmayılov 21 noyabr 1916-cı ildə Gəncə şəhərində anadan olmuşdur.
1930-cu ildə yeddiillik məktəbi uğurla bitirən Yaqub İsmayılov təhsilini Gəncə Sənaye texnikumunda davam etdirmişdir. 1935-ci ildə texnikumu btirdikdən sonra texnikum rəhbərliyinin göndərişi ilə Tbilisi Sənaye İnstitutuna göndərilmiş və 1941-ci ildə Tbilisi Sənaye İnstitutunun inşaat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
SSRİ Aviasiya Sənayesi Nazirliyinin təyinatı ilə Bakıya, Azərbaycan SSR Nazirlər Sovetinin nəzdində olan "Azərdövləttikinti" trestinin sərəncamına göndərilən Yaqub İsmayılov 1941–1954-cü illər arasında bu trestdə iş icraçısı, istehsalat-texniki şöbəsinin rəisi vəzifələrində çalışaraq trestin baş mühəndisi vəzifəsinə qədər yüksəlmişdir.
O, 1954-cü ildə Azərbaycan SSR Şəhər və Kənd Tikintisi Nazirliyinə əvvəlcə texniki şöbənin rəisi, sonra isə nazir müavini vəzifəsinə təyin edilmiş və burada 1956-cı ilə kimi çalışmışdır.
Yaqub İsmayılov 1956-cı ildə Azərbaycan KP MK və Nazirlər Sovetinin qərarı ilə yeni təşkil olunan "Bakıbaştikinti" İdarəsinin baş mühəndisi, 1957-ci ildə Azərbaycan SSR Tikinti Nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
1959-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Azərbaycan SSR tikinti naziri təyin olunan Yaqub İsmayılov 1962-ci ilə kimi bu vəzifədə çalışmışdır.
1962-ci ildə Yaqub İsmayılov çox mühüm bir sahəyə — respublika üzrə inşaatda texniki siyasəti müəyyən edən bir quruma — Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinə sədr təyin olunmuş və 1978-ci ilədək-16 il bu vəzifədə çalışmışdır.
Yaqub İsmayılov Azərbaycan Kommunist Partiyasının XXV, XXVI, XXVII və XXVIII qurultaylarının nümayəndəsi və Azərbaycan KP MK-nın Təftiş Kommissiyasının üzvü olmuşdur. Dəfələrlə Bakı şəhər Sovetinin deputatı olmuş və VI, VII, VIII və IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Yaqub İsmayılov 1978-ci ildə, 62 yaşında olarkən səhhəti ilə əlaqədar təqaüdə çıxmış və bir neçə ay aktiv fəaliyyətdən uzaqlaşsa da ancaq o, elmi fəaliyyətini davam etmək qərarına gəlmiş və 1981-ci ildə keçmiş SSRİ Dövlət Tikinti Komitəsinin Bakı şəhərində fəaliyyət göstərən "Beton və dəmir-beton" elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.
1983-cü ilin oktyabrın 3-də Yaqub Abbasəli oğlu İsmayılov 67 yaşında vəfat etmiş və 2-ci Fəxri Xiyabanda torpağa tapşırılmışdir.[1]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2017-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-14.