Yarimxordalilar - Wikipedia
Yarimxordalilar - Wikipedia - Haqqında Məlumat
Yarımxordalılar (lat. Hemichordata) — heyvanlar aləminə aid heyvan tipi.
Yarımxordalılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Klad: Tip: Yarımxordalılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Əvvəllər xordalıların yarımtipi hesab olunurdu. Xordayabənzər orqanın (notoxordanın) olması, qəlsəmə yarıqlarının inkişafı və embrioial inkişafın bəzi xüsusiyyətləri bunları birləşdirir. Lakin xordalılardan fərqli olaraq yarımxordalıların bədəni 3 hissədən: xortum və ya baş lövhəsindən, boyunluqdan və bədəndən ibarətdir. Müasir bağırsaqtənəffüslülər, lələkqəlsəməlilər sinfi və qazıntı halında tapılan qraptolitlər sinfi yarımxordalılara aiddir.
Təsnifatı
redaktə- Bağırsaqtənəffüslülər (Enteropneusta ) sinfi
- Lələkqəlsəməlilər (Pterobranchia) sinfi
- Qraptolitlər sinfi (Nəsli kəsilib)
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521