Yarasa Herbi Birlesme - Wikipedia
"Yarasa" — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) xüsusi təyinatlı dəstəsi.[1]
"Yarasa" Xüsusi Təyinatlı Dəstəsi | |
---|---|
Növü | Xüsusi təyinatlı |
Ölkə | Azərbaycan |
Tabedir | Xarici Kəşfiyyat Xidməti |
Sayı | Gizli saxlanılır |
Müharibələr | 2-ci Qarabağ müharibəsi |
Döyüşlər | Qubadlı döyüşləri |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir | Gizli saxlanılır |
Vikianbarda əlaqəli mediafayllar |
Yaradılması
redaktəAzərbaycan Prezidenti İlham Əliyev 14.12.2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə Xarici Kəşfiyyat Xidməti yaradılmışdır.
Xarici Kəşfiyyat Xidmətinə tabe olan ən gizli xüsusi bölmə "Yarasa" Xüsusi Təyinatlı Dəstəsidir.[1]
Tarixi
redaktə"Yarasa" Xüsusi Təyinatlı Dəstəsi Azərbaycan Ordusunun elit və ən gizli xüsusi bölməsi hesab olunur. Komandirlərin adları belə gizli saxlanılır.[1]
"Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır.[1]
Bölmənin əsas fəaliyyəti Ermənistan Ordusunun arxa cəbhəsində olmuşdur.[1]
10.12.2020-ci ildə baş tutan Zəfər Paradı zamanı "Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin mövcudluğu barədə birinci dəfə ictimaiyyətə məlumat verilmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Xəbərlər şöbəsi. "Xarici Kəşfiyyat Xidmətinin "YARASA" xüsusi təyinatlı bölməsi birinci dəfə nümayiş etdirildi". www.report.az ("Report" İnformasiya Agentliyinin rəsmi saytı) (az.). 10.12.2020. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.12.2020.