Yasab - Wikipedia
Yasab - Wikipedia - Haqqında Məlumat
Yasab — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Yasab | |
---|---|
41°29′33″ şm. e. 48°18′53″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qusar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktə- Kənd 1999-cu ildə yaradılmışdır.
- Kəndin tarixi haqqında o qədər də çox məlumatlar yoxdur. Kəndin adı rəsmi olaraq ilk dəfə 1837-ci ildə Quba üsyanı ilə əlaqədar olaraq çəkilir. Üsyan yatırıldıqdan sonra aparılan istintaq materiallarından birində qeyd olunur ki, üsyançıları 60 nəfərdən ibarət kazak dəstəsini Yasab kəndinin ərazisində tərksilah edərək əsir götürmüşdür. Belə nəticə çıxarmaq olar ki, 1837-də burda kənd varsa,kəndin əsası bundan xeyli əvvəl qoyulub.
- Yasab kəndinin ətrafinda qədim zamanlardan xeyli yaşayış məskənləri olmuşdur. Bunu kəndin ərazisindəki və ətrafındakı qəbirlər sübut edir. Kəndin yaxınlığında Bubad post, Kərəman kunt, Qarababa və s. ərazilərdə olan qəbirlər sübut edir ki, kəndin ərazisində müasir Yasab kəndindən əvvəl də yaşayış məskənləri olmuşdur. Bir sıra faktlara əsaslanaraq kəndin 100 il bundan əvvəl də böyük kənd olduğunu deyə bilərik. Bunu sübut edən faktlar kəndin köhnə qəbristanlığının bir neçə hektar ərazidə olması, qəbir daşlarının 80-90% ərəb əlifbası ilə yazılması, XlX əsrin axırları və yaxud XX əsrin əvvəllərinə aid böyük məscidin olması sübut edir. Məscidin dəqiq tikildiyi tarixi öyrənmək olar. Bunun üçün ərəb əlifbasını bilən mütəxəsis məsciddəki yazıları oxuya bilər.
- Yasab kəndinin əhalisinin çox yaşadığını, inkişaf etmiş iri yaşayış məskəni olduğunu sübut edən faktlardan biri də, təxminən 15 il bundan qabaq "Samur" qəzetində olan maraqlı bir məqalə idi. O məqalə arxiv sənədlərindən götürülmüşdü. Məqalədə qeyd olunurdu ki, Yasab kənd məscidinin axundu 1914-cü ildə Bakı guberniyasının təhsil idarəsinə müraciət edir. Müraciətdə qeyd olunur ki, Yasab kəndində 400-dən çox ev var, uşaqların sayı hər il artır. Məsciddəki hücrəyə (sinifə) artıq uşaqlar yerləşmir, Məscidin yanında yeni bir hücrənin tikilməsi üçün maliyyə vəsaiti ayrılsın. O vaxt hər bir ailəni orta hesabla 7-8 nəfərdən hesablasaq məlum olur ki,1914-cü ildə kəndin əhalisi orta hesabla ən azı 3000 nəfərdən çox olmuşdur. Yasab kənd əhalisinin kəskin şəkildə azalmasına XX əsrin 20-ci illərin axırı, 30-cu illərin əvvəllərində həyata keçirilən kolxoz quruculuğu və Böyük vətən müharibəsi səbəb olmuşdur. Böyük vətən müharibəsində 200-dən artıq kənd sakini cəbhədən geri qayıtmamışdır.
Yasab adına uyğun yaşayış məntəqələri başqa yerlərdə də vardır. Məsələn Dağıstanda Şamil rayonunda Asab kəndi, Omonda Xasab şəhəri, Omonda balaca bir Yasab kəndi vardır. Bütün ləzgi kəndləri tuxum və sixillərdən ibarət olur. Kəndimizdəki sixillərin bir çoxu Dağıstanın kəndlərində vardır.
Nəticə: Yasab kəndinin ərazisində və ətrafında qədim zamanlardan yaşayış məskənləri olmuşdur. Müasir Yasab kəndinin əsası orta əsrlərdə kəndimizin ətrafında olan yaşayış məskənlərindən olan və bura köçüb gələn müxtəlif sixillər tərəfindən qoyulmuşdur.
Toponimikası
redaktə- Yasab oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağ ətəyindədir. Yaşayış məntəqəsi eyniadlı çayın admı daşıyır.[1]
- Yasab sözünün etimalogiyasına gəldikdə müxtəlif versiyalar var: 1) Yasab sözünün ləzgi dilində olması. Ləzgi dilində axırı ab-nan qurtaran bir çox sözlər vardır: tulab, çinab, karab. 2) Ərəb dilində olması. Ərəb dilindən yaranması daha çox ağlabatandır. 3) Əhsab sözündən yarana bilər. Əhsabələr peyğəmbəri diri görən insanlar deməkdir. 4) Əl Xasab sözündən yarana bilər. Əl Xasab - bərəkətli yer deməkdir. 5) Sab və ya Səb - gözdən düşmüş və yaxud qovulmuş mənasını verir.
Əhalisi
redaktə- 2024-cü il üçün olan məlumata görə 2356 nəfər əhali yaşayır.
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2018 nəfər əhali yaşayır.[2]
- Sərhəd Zöhrabbəyov–Baş leytenant «Azərbaycan bayrağı» ordеnli igid döyüşçü.
Mənbə
redaktə- Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1981, сəhифə 90
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə Qusar rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629