Yasti Abissal Duzenlik - Wikipedia
Yasti Abissal Duzenlik - Wikipedia - Haqqında Məlumat
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasitəsilə dib çöküntülərinin yerdəyişməsi prosesi ilə əlaqədardır.[1] Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.[2]
İstinadlar
redaktə- ↑ Abissal düzənlik // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 140. ISBN 978-9952-453-14-0.
- ↑ Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт.