Yatan Venera - Wikipedia
Yatan Venera - Wikipedia - Haqqında Məlumat
Yatan Venera və ya Drezdenli Venera — İntibah dövrü italyan rəssamı Corconenin yaratdığı sənət əsəridir. Əsərin Corconenin ölümündən sonra 1510-cu ildə digər italyan rəssam Tisian tərəfindən tamamlandığı güman olunur. Corconenin bu əsərdə yaratdığı yatan çılpaq qadın obrazı incəsənətdə inqilabi hadisə hesab olunur və müasir incəsənətin başlanğıc nöqtələrindən sayılır. Corconenin ərsəyə gətirdiyi qadın bədəninin cizgiləri arxa fonda diqqəti cəlb edən təpələrin qövsvari forması ilə həmahəng təşkil edir və əsərə təbiilik qazandırır. Əsər hazırda Drezden şəhərində yerləşən Gemäldegalerie Alte Meister qalereyasında (Drezden Rəsm Qalereyası kimi də tanınır) saxlanılır.