Yatugan - Wikipedia
Yatugan - Wikipedia - Haqqında Məlumat
Yatuğan (qaz. jetıgen, xakasca çatxan, monq. yatqa, çin. qujeng) — qədim türk simli aləti. Azərbaycanda Orta Çağlarda istifadə olunsa da, hazırda unudulub.
Tarixçə
redaktəYatuğan Azərbaycana Orta Asiyadan, Çindən gətirilib. Onun adına Əbdülqədir Marağayinin (XIV əsr) əsərlərində rast gəlinir. 17 simli yatuğan bir növ qanun kimi səsləndirilirdi. Türkiyəli alim B. Ögel yatuğanın türk xalqlarına məxsus olduğunu bildirir.
Daha mükəmməl olan qanun alətinin inkişafı ona qohum olan yatuğanı Azərbaycanda sıradan çıxarmış ola bilərdi.[1]
Söz açımı
redaktəBu alət qucaqda "yatılı" şəkildə çalındığı üçün belə adlandırılır.
İstinadlar
redaktə- ↑ Abbasqulu Nəcəfzadə. Çalğı alətlərimiz Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Bakı, 2004.