Yavas Seher - Wikipedia
Yavaş şəhər (it. Cittaslow) — 1999-cu ilin oktyabr ayında İtaliyada yaradılan beynəlxalq hərəkat. Yavaş hərəkətin bir hissəsidir. 2018-ci ilədək 236 üzv şəhər var. Hərəkatın məqsədi həyatın ritmini yavaşlatmaqla şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.[1]
Cittaslow International | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 1999 |
Bağlanma tarixi | 2005 |
Baş qərargahın yeri | Orvieto, Terni, Umbriya, İtaliya |
İqtisadi göstəriciləri | |
Birjada listinqi | NASDAQ: NONAME |
cittaslow.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1999-cu ildə Bra şəhərində və digər üç italyan şəhəri həyatını "Sloufud" hərəkatının qurucusu Karlo Petrini prinsiplərinə uyğun olaraq dəyişməyə qərar verdi: zövq insanın iş mənfəətindən daha üstündür.[2]
Hərəkat İtaliyada ən böyük dəstəyi tapsa da, 2006-cı ilədək Almaniya, Norveç və Böyük Britaniyada hərəkata daxil olmuşdular. 2009-cu ilin ortalarına qədər on dörd ölkənin iştirak etdiyi və eyni ildən etibarən Şimali Amerikanın ilk qəsəbəsi Koviçan Bey (ing. Cowichan Bay), Kiçik Körfəzinin Kanada dənizkənarı kəndi olan "Yavaş şəhərlər" hərkatına daxil olmuşdu.
Məqsəd və vəzifələri
redaktəYavaş şəhər təşkilatının hər bir üzvü şəhər həyatının yeni fəlsəfəsinin əsasını təşkil edən 55 hərəkət prinsipinə riayət etməlidir.
Əsas prinsiplər:
- Şəhərdəki həyat keyfiyyətinin yaxşılaşdırılması;
- Orta və qloballaşma ilə qarşıdurma;
- Ətraf mühitin qorunması;
- Hər bir şəhərin mədəni müxtəlifliyini və yeganəliyini təbliğ etmək;
- Sağlam həyat tərzi üçün şərait yaratmaq.
Bu məqsədlərə nail olmaq üçün nəqliyyat və səs-küyün azaldılması üçün tədbirlər görülür, yeni yaşıl və piyada zonaları yaradılır, yerli istehsalçılara dəstək verilir, məhsullarını istifadə edənlər, ekoloji cəhətdən səmərəli texnologiyalar tətbiq olunur, yaxşı qonşuluq və qonaqpərvərlik mühiti yaradılır.[3]
Təşkilata üzvlük
redaktəİki kateqoriyalı üzvlük var: yalnız 50,000-dən az əhalisi olan bir şəhər, "Yavaş şəhər" (Cittaslow town) təşkilatının tam üzvü ola bilər, 50,000-dən çox insan "Yavaş şəhər" dəstəkçisi ola bilər,[4] bəzi insanlar və ailələr "Yavaş şəhər" nin dostları ola bilərlər.
Təşkilata qoşulmaq üçün şəhər əvvəlcə "Yavaş şəhər" üçün tələblərin bir hissəsini qarşılamalı və hərəkət prinsiplərinə uyğun olaraq inkişaf etməlidir. Hərəkət üzvləri hər il üzvlük haqlarını ödəyirlər.
Təşkilatın üzvləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Parkins, Wendy; Craig, Geoffrey. Slow Living. Berg. 2006. səh. 79. ISBN 978-1-84520-160-9.
- ↑ Karl Onore, 2014
- ↑ Оноре, Карл, 2014
- ↑ "Cittaslow UK Supporters | Cittaslow". 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-27.
Ədəbiyyat
redaktə- Карл Оноре. Без суеты: Как перестать спешить и начать жить. М.: Альпина Паблишер. 2014 [In Praise Of Slow How A Worldwide Movement Is Challenging The Cult Of Speed]. səh. 260. ISBN 978-5-9614-4790-3.