Yay Gunlerinin Xezan Yarpaqlari Film 1986 - Wikipedia
Yay Günlərində Xəzan Yarpaqları | |
---|---|
Fayl:Yay Gününün Xəzan Yarpaqları (1986).JPG | |
Janr |
dram uşaq |
Rejissor | Tofiq İsmayılov |
Ssenari müəllifi | Asim Cəlilov |
Baş rollarda |
Səyavuş Aslan-Şəmsi Nəcibə Hüseynova-Nərgiz Firəngiz Şərifova-Güllü Əşrəf Quliyev-Musa Şahmar Qəribli-Kazım Yaşar Nuri-Rizvan |
Operator | Valeri Kərimov |
Bəstəkar | Eldar Rüstəmov |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 15 may 1986 |
Filmin digər adı | Yay Günlərinin Xəzan Yarpaqları |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 75 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | Azərbaycan dili |
İl | 1986 |
Texniki məlumatlar |
7 hissə 2183 metr 35 mm "Svema" kinolenti(Şostka kimya kombinatı) |
Rəng | rəngli |
Çəkiliş yeri | İsmayıllı, Lahıc kəndi |
IMDb | ID0378258 |
Məzmun
redaktəFilmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya-atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır.
Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır. Onun məktəbin yarımçıq qalmış tikintisini davam etdirmək üçün yuxarı dairələrə müraciətinə etinasız yanaşılır. Hətta ailəsində arvadı Nərgiz (Nəcibə Hüseynova) ərinə qarşıdır, onun kənd məktəbində direktor işləməsindən narazıdır. O, ərindən şəhərə köçməyi tələb eləyir. Ancaq Şəmsi geri çəkilmək fikrində deyil.[1]
Şəmsinin fədakarlığına baxmayaraq, kənd camaatı onu qəbul etmir. Onun şagirdlərin savadlı olması uğrunda apardığı mübarizəni özlərinə vurulan ziyan kimi qəbul edirlər. Rayon təhsil şöbəsinə şikayətlər də nəticə vermir. Onlar direktorun kənddən getməsini, onun uşaqlara əziyyət verdiyini düşünürlər.[1]
Ümumiyyətlə, Şəmsi müxtəlif cəbhələrdə təkbaşına mübarizə aparır. O, həm dərsin keyfiyyətini qaldırmaq istəyir, həm ailələrlə görüşür, onlarla maarifləndirmə işi aparır, həm kənddən gənclərin getməsinin qarşısını almaq üçün çalışır, həm məmurlarla mübarizə aparır və üstəlik, vicdanlı olduğuna görə evdə arvadının tənbehləriylə üzləşir. Hətta oğlu belə onu ciddiyə almır. Şəmsinin mübarizəsi Don Kixotun yel dəyirmanı ilə mübarizəsini xatırladır. Buna baxmayaraq, direktor yolundan dönmür və yoxlama imtahanını keçirir.[1]
Film haqqında
redaktə- Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
- Azərbaycanda filmin rus variantı saxlanılmışdır. Azərbaycan variantı isə çox güman ki, Moskvada saxlanılır.
- 2011-ci ildə filminin bərpası başa çatıb. Bərpa Dövlət Film Fondu və Rusiya Teleradio Fondu ilə birlikdə həyata keçirilib. Rus dilində olan film Azərbaycan Dövlət Televiziyası tərəfindən dublyaj olunub[2].
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Asim Cəlilov
- Quruluşçu rejissor: Tofiq İsmayılov
- Quruluşçu operator: Valeri Kərimov
- Quruluşçu rəssam: Nadir Zeynalov
- Bəstəkar: Eldar Rüstəmov
- Səs operatoru: Nataliya Nuriyeva
- Rejissor: Zəfər Murtuzov
- Məsləhətçi: Əjdər Ağayev (pedaqogika elmləri namizədi)
- Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
- Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev
- Montaj edən: Nataliya Albitskaya, Lyudmila Lotina
- Qrim rəssamı: Telman Yunusov
- Geyim rəssamı: Məlahət Hümbətova
- Rejissor assistenti: A. Əliyev, E. Bayramov
- Operator assistenti: Xaqani Hüseynov, R. Səfərəliyev
- Redaktor: L. Kazaçenko
- İnzibatçı: Vladimir Dudniçenko, Liliya Zöhrabova
- Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
- Dirijor: Konstantin Krimets
- Mahnıların mətni : M. Muradov
- Mahnı ifa edən: Mübariz Tağıyev
- Filmin direktoru: Əli Məmmədov
Rollarda
redaktə- Səyavuş Aslan-Şəmsi
- Nəcibə Hüseynova-Nərgiz
- Firəngiz Şərifova-Güllü
- Əşrəf Quliyev-Musa
- Şahmar Qəribli(Şahmar Qəribov kimi)-Kazım
- Yaşar Nuri-Rizvan
- Yalçın Əfəndiyev-Yalçın
- Aygül İsmayılova-Gülçöhrə
- Elnur Məmmədov-Qurban
- Natiq Abdullayev-Şəhriyar
- Əminə Yusifqızı-Firuzə
- Hacı İsmayılov-Mühasib
- Rəfael Dadaşov-İnspektor
- Qəmbər Yusifov-İsfəndiyar
- Rafiq Kərimov-Lətif
- Şücaət Həbibov-Briqadir
- Zəroş Həmzəyeva-Səməngül
- Arif Quliyev-Bufetçi
- Cahangir Aslanoğlu-Rayon maarif müdiri
- Sona Mikayılova-Poçt işçisi
- F. Əsgərova
- B. Hacıyev
- N. Axundova
- E. Hüseynova
- R. Abdullayeva
- E. Əliyev
- K. Rzayev
- Muxtar Maniyev-Rayon təhsil işçisi
- Mayak Kərimov-Rayon təhsil işçisi
- Larisa Xələfova-Rayon təhsil işçisi
İstinadlar
redaktə- ↑ 1 2 3 Sevda Sultanova. "O məktəb direktorunu kənddə niyə qəbul etmirdilər?" (az.). Lent.az. 21 oktyabr 2017. 2017-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.
- ↑ "Yay gününün xəzan yarpaqları"[ölü keçid] (az.)