Yegeqnadzor Rayonu - Wikipedia
Keşişkənd rayonu, Mikoyan rayonu, Yeğeqnadzor rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. Mərkəzi Keşişkənd şəhəridir.
Rayon | |
Keşişkənd rayonu | |
---|---|
İnzibati mərkəz | Keşişkənd |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 15.10.1931 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi | 36 443[1] (1989) nəfər |
Tarixi
redaktə1931-ci il oktyabrın 15-də yaradılıb. 1935-ci il yanvarın 3-nə kimi Keşişkənd rayonu, həmin tarixdən 1957-ci il dekabrın 6-na kimi Mikoyan rayonu, ondan sonra isə Yeğeqnadzor rayonu adlandırılıb. Ərazisi 1134 kv km-dir. Rayon mərkəzi Keşişkənddir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir.
Keşişkənd rayonunu Göyçə mahalından Səlim kəndi ayırır. Rayon ərazisindən Arpa və Herher çayları axır. Bir tərəfdən Basarkeçər yaylağı, digər tərəfdən isə Dərələyəz dağ silsiləsi ilə əhatələnmişdir.
1905, 1916–1918-i illərdə rayon ərazisi erməni daşnaklarının hücumlarına məruz qalıb. 1918-ci ilin yazında daşnaq Yaponun hücumlarından yaxa qurtarmaq üçün dinc əhali Vedibasar özünümüdafiə dəstələrinin komandanı Abbasqulu bəy Şadlinskinin mühafizəsi ilə müvəqqəti olaraq Güney Azərbaycanda sığınacaq tapdılar və sonradan həmin əhali Naxçıvandan keçərək öz yurdlarına qayıtmışdı. 1920-ci ildə rayon ərazisində 66 sırf azərbaycanlı kəndi olduğu halda 1988-ci ildə bu rəqəm 7-yə endirilmişdi: Ələyəz, Aysəsi, Qovuşuq, Qabaxlı, Gülüdüzü, Qaraqaya, Qoturvan.
1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Aysəsi, Qovuşuq, Qabaxlı, Gülüdüzü, Qaraqaya, Qoturvan, Ələyəz, Qalasər, Əmağu, Sallı, Hors, Ağkənd, Civə və s.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Ardaraz | ||
Göytürk (Qoytur) | Getap | 03.01.1935 |
Keşişkənd | Mikoyan | 03.01.1935 |
Mikoyan | Yeğenadzor | 06.12.1957 |
Keşişkənd rayonu | Mikoyan rayonu | 03.01.1935 |
Mikoyan rayonu | Yeğenadzor rayonu | 06.12.1957 |
Həsənkənd | Şatin | 03.01.1935 |
Qoturvan | Qoduxvəng | … |
Qoduxvəng | Gadikvəng | … |
Aysəsi | Qızılgül | 10.09.1946 |
Əyənzur | Axavnadzor | 10.09.1946 |
Arpa | Areni | 10.09.1946 |
Əyar (Ağyar) | Aqarakadzor | 10.09.1946 |
Başkənd | Varnaşen | 10.09.1946 |
Yengicə | Qandzak | 10.09.1946 |
Qurdqulax | Bolorabed | 10.09.1946 |
Ortakənd | Qladzor | 10.09.1946 |
Erdapin | Yeğegis | 10.09.1946 |
Ağkənd | Ağncadazor | 03.07.1968 |
Gülüdüzü | Vardohovit | 1987-ci il |
Qızılgül | Arates | 1987-ci il |
İstinadlar
redaktə- ↑ "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
Xarici keçidlər
redaktə- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
- Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. [ölü keçid]
- İndiki Ermənistan qədim türk yurdu idi [ölü keçid]
- Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı [ölü keçid]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Dərələyəz Mahalının, Keşişkənd (Yeğeqnadzor) rayonun, Horbadeğ, Orbatex kəndində bulaq". www.youtube.com. İstifadə tarixi: 16 fev 2024.