Yesim Ustaoglu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yeşim Ustaoğlu (18 noyabr 1960[1], Sarıqamış, Qars ili) — Türk rejissor, kinorejissor, ssenari müəllifi.
Yeşim Ustaoğlu | |
---|---|
türk. Yeşim Ustaoğlu | |
Doğum tarixi | 18 noyabr 1960[1] (64 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kinorejissor, ssenarist, memar |
Fəaliyyət illəri | 1984-cü ildən |
Təhsili | |
IMDb | ID0882445 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə18 Noyabr 1960-cı ildə Sarıqamışda dünyaya gəlmişdir. Atasının təyinatı ilə 2 yaşında olanda ailəsi ilə birgə Trabzona köçdü, uşaqlıq illəri burada keçdi. Karadeniz Texniki Universiteti Memarlıq Şöbəsindən məzun oldu. Kinoya mükafat qazanan qısa filmləri ilə başlayan Yeşim ilk çıxışını 1994-cü ildə çəkdiyi 'İz' filmi ilə etdi. İstanbul, Köln, Nürnberq film festivallarından ən yaxşı film mükafatları ilə qayıdan "İz" filmini 1999-cu ildə çəkdiyi "Güneşe Yolculuk" filmi izlədi. "Güneşe Yolculuk" filmi ilə Berlin Film Festivalında aldığı, Ən Yaxşı Avropa Filmi: Mavi Mələk və Heinrick Boll Sülh mükafatlarından əlavə, İstanbul Film Festivalı və Ankara Film Festivalı daxil olmaqla milli və beynəlxalq səviyyədə çoxlu mükafatlar almışdır. 2003-cü ildə uzun metrajlı və sənədli filmləri gerçəkləşdirmək məqsədilə Ustaoğlu Filmin əsasını qoydu. 2004-cü ildə "Bulutları Beklerken" filmi çəkildi. Bulutları Beklerken NHK Beynəlxalq Film İstehsalçıları Mükafatı və Ən Yaxşı Aktrisa Mükafatları ilə birgə aldığı digər beynəlxalq mükafatlarlara layiq görüldü. 2006-cı il Saloniki Film Festivalında "Crossroad-Ən Yaxşı Layihə Mükafat" alan axırıncı filmi "Pandora Qutusu" 2008-ci ildə bitti. San Sebastian Beynəlxalq Film Festivalında Ən Yaxşı Film "Qızıl İstiridye" və Ən Yaxşı Aktrisa "Gümüş İstiridye" mükafatlarına layiq görüldü. Bir çox beynəlxalq festivallarda mükafatlar aldı və bir çox ölkədə nümayiş olundu.
Filmoqrafiya
redaktəKinoteatr filmləri
redaktə- İz (1994)
- Güneşe Yolculuk (1998)
- Bulutları Beklerken (2003)
- Pandora Kutusu (2008)
- Araf (2011)
- Tereddüt (2015)
Qısa filmlər
redaktə- Bir Anı Yakalamak (1984)
- Magnafantagna (1987)
- Düet (1990)
- Otel (1992)
Mükafatları
redaktə- 1990 Yunus Nadi Qısa Film Yarışı Birinciliyi (Düet)
- 1994 Nurnberq Film Festivalı Ən Yaxşı Filmi (İz)
- 1995 İstanbul Film Festivalı Ən Yaxşı Filmi (İz)
- 1994 Goethe Film Festivalı Ən Yaxşı Filmi (İz)
- 1999 Berlin Film Festivalı Blue Angel Ən Yaxşı Avropa Filmi Mükafatı, Heinrich Boll Sülh Mükafatı, John Templeton Mükafatı (Güneşe Yolculuk)
- 1999 Beynəlxalq İstanbul Film Festivalı Ən Yaxşı Film Mükafatı, Ən Yaxşı Rejissor Mükafatı, FIPRESCI Mükafatı, Xalq Münsiflər Heyəti Mükafatı (Güneşe Yolculuk)
- 1999 Ankara Film Festivalı Ən Yaxşı Film Mükafatı, Ən Yaxşı Rejissor Mükafatı, Ən Yaxşı Ssenari Mükafatı (Güneşe Yolculuk)
- 1999 Beynəlxalq Troya Film Festivalı Münsiflər Heyəti Xüsusi Mükafatı, Ocic Mükafatı (Güneşe Yolculuk)
- 1999 Benodet Film Festivalı Münsiflər Heyəti Xüsusi Mükafatı (Güneşe Yolculuk)
- 1999 Valladoid Film Festivalı Münsiflər Heyəti Xüsusi Mükafatı (Güneşe Yolculuk)
- 2000 San Paolo Film Festivalı Münsiflər Heyəti Xüsusi Mükafatı (Güneşe Yolculuk)
- 2003 Sundance Film Festivalı NHK Beynəlxalq Film İstehsalçıları Mükafatı (Bulutları Beklerken)
- 2004 Beynəlxalq İstanbul Film Festivalı Münsiflər Heyəti Xüsusi Mükafatı (Bulutları Beklerken)
- 2005 Beynəlxalq Haifa Film Festivalı Ən Yaxşı Film Mükafatı (Bulutları Beklerken)
- 2005 Beynəlxalq Erivan Film Festivalı FIPRESCI Mükafatı (Bulutları Beklerken)
- 2008 Beynəlxalq San Sebastian Film Festivalı Ən Yaxşı Film (Qızıl İstiridye) Mükafatı (Pandora Kutusu)
- 2009 MedFilm Festivalı Eurimages İtaly Mükafatı (Pandora Kutusu)
- 2009 Beynəlxalq Fecr Film Festivalı Münsiflər Heyəti Xüsusi Mükafatı (Pandora Kutusu)
- 2010 Boston Türk Filmləri Festivalı Türk Kinoteatrında Mükəməllik Mükafatı (Pandora Kutusu)
- 2012 Beynəlxalq Əbu Dabi Film Festivalı Ən Yaxşı Film Mükafatı (Araf)
- 2016 Beynəlxalq Antalya Film Festivalı Ən Yaxşı Rejissor Mükafatı, Beynəlxalq Müsabiqə Ən Yaxşı Film Mükafatı, Beynəlxalq Müsabiqə Ən Yaxşı Rejissor Mükafatı (Tereddüt)
- 2017 Beynəlxalq İstanbul Film Festivalı "Ən Yaxşı Rejissor"
Mənbə
redaktə- Atam, Zahit (2011). Yakın Plan Yeni Türkiye Sineması. İstanbul: Cadde yayınları. s. 569. ISBN 978-605-88245-3-9.
- ↑ 1 2 Yeşim Ustaoğlu // filmportal.de. 2005.