Yekaterina Qabasvili - Wikipedia
Yekaterina Qabaşvili (tam adı: Yekaterina Revazovna Qabaşvili, gürc. ეკატერინე რევაზის ასული გაბაშვილი; 16 iyun 1851[1], Qori, Tiflis quberniyası, Rusiya imperiyası[2] – 7 avqust 1938[2][1], Axalkalaki[d], Gürcüstan SSR, SSRİ) — Gürcüstan yazıçısı və ictimai xadimi. Qadın hüquqlarının müdafiəsində ilk Gürcü feministlərdən və aktivistlərdən biri.[3]
Yekaterina Qabaşvili | |
---|---|
gürc. ეკატერინე გაბაშვილი | |
Doğum tarixi | 16 iyun 1851[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 avqust 1938[2][1] (87 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı, memuarçı, esseist |
Əsərlərinin dili | gürcü dili |
Janr | nəsr |
Vikianbarda əlaqəli mediafayllar |
Qabaşvili knyaz nəslindən olan Yekaterina Revazovna Qabaşvili Aristokrat ailədə anadan olub. Gürcüstanın tənqidi realizminin tanınmış nümayəndələrindən biri olmuşdur. Gürcü ədəbiyyatına ilk o, kiçik bir nəsr janrını -qısa hekayə, esse təqdim etmişdir. Yazıçının ədəbi fikirləri rus inqilabçı demokratların və XIX əsrin "altmışlar"ın təsiri altında formalaşmışdır.Yaradıcılığına İlya Qriqoryeviç Çavçavadzenin xüsusi təsiri olmuşdur. Tbilisidə Didube panteonuda dəfn edilib. Oğlu, Revaz Qabaşvili tanınmış gürcü publisisti və siyasətçisidir.[4]
Yaradıcılığı
redaktə1870-ci ildə "Droyeba" ("Vaxt") qəzetində yazıçı kimi başlamışdır. Müharibə öncəsi Gürcüstanda kənd müəllimlərinin və kəndli həyatının qayğısı ilə bağlı bir neçə sentimental roman və hekayənin müəllifidir. Əsərlərində köçkünlərin həyatını, Gürcüstan kəndinin sosial və iqtisadi ziddiyyətlərini ("Didichevi romanı", 1881, "Kona", 1881, "Oren və Kucha", 1883) , öz güclərini xristianlığa həsr etmiş kəndli ziyalı nümayəndələrinin obrazlarını ("Kənd müəllimləri" ("Soplis Mastsavlebeli"), "Qamardjvebuli Niko" və digərləri) təsvir etmişdir. Bir sıra romanlarında sosial bərabərsizlik şəraitində qadınların faciəli taleyini ("Müxtəlif nikahlar" ("Sxva da sxva qvari kortsili") 1881, "Buludlu" ("Prtebdaqledjili") 1912), Gürcü feodal aristokratiyası parçalanma prosesini ("Benaur № 3", 1898) əks etdirir. Bundan əlavə, o, uşaqlar üçün hekayələr ("Lurdja Maqdana", "Mşieradze ailəsi", "Tinas Lekuri", "Çveni kaklis heh" və s.) yazmışdır. [5] Həyatının sonunda, o, maraqlı xatirələr və seçilmiş əsərlərin bir neçə toplusunu nəşr etdi. 1955-ci ildə Qabaşvilinin ən gözəl hekayələrindən birinə əsasən kinorejissorlar Tengiz Abuladze və Rezo Çxeidze, Kann beynəlxalq kinofestivalı (1956) və Edinburq Beynəlxalq Film Festivalı (1956) ilə mükafatlandırılmış " Maqdananın Lurcası " filmini çəkdilər.[6]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 National Library of Israel Names and Subjects Authority File (ivr.).
- ↑ 1 2 3 4 Габашвили Екатерина Ревазовна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Новая Российская энциклопедия: в 12 т. / Редкол.: А. Д. Некипелов, В. И. Данилов-Данильян, В. М. Карев и др. — М.: ООО «Издательство „Энциклопедия“» Т. 2 А — Баяр, 2005. — 960 с.: ил.
- ↑ "Биография Екатерина Габашвили". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
- ↑ Они внесли весомый вклад в грузинскую литературу[ölü keçid]
- ↑ The international film festivals at Cannes and Edinburgh.
Xarici keçidlər
redaktə- Best Read, Ekaterine Gabashvili, მაგდანას ლურჯა Arxivləşdirilib 2020-08-06 at the Wayback Machine