Yeni Fikir Qezet 1922 - Wikipedia
Yeni fikir — Tiflisdə Azərbaycan dilində çap olunan həftəlik qəzet.
Yeni fikir | |
---|---|
Növ | həftəlik qəzet |
Baş redaktorlar | Həsən Səbri, Böyükağa Talıblı, Davud Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov |
Yaranma tarixi | 1922 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 1927 |
Ünvan | Tiflis |
Tarixi
redaktəİlk nömrəsi 1922-ci ilin yanvarında, son nömrəsi 1927-ci ilin mayında (cəmi 1397 nömrə) çıxmışdır. 1923-cü ilin yanvarından Zaqafqaziya MİK və XKŞ-nın orqanı kimi gündəlik nəşr edilirdi. Müxtəiif vaxtlarda Həsən Səbri, Böyükağa Talıblı, Davud Rəsulzadə, Mirzə Davud Hüseynov, Rzaqulu Nəcəfov qəzetin baş redaktoru olmuşlar. "Yeni fikir"-də Cəlil Məmmədquluzadənin yaradıcılığına, onun Tiflis teatrının səhnəsində tamaşaya qoyulmuş əsərlərinə, fəaliyyətinin Tiflis dövrünə dair məqalə və resenziyalar nəşr edilirdi.
Fəaliyyəti
redaktəQəzet öz nəşrini Bakıda davam etdirən "Molla Nəsrəddin" jurnalı, onun ideya məzmunu, əsas tənqid hədəfləri, dili və s. bağlı müxtəlif yazılar da vermişdir. Ümumiyyətlə, 1923-1926 illərdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında baş verən bütün əsas hadisələr "Yeni fikir"-in səhifələrində öz əksini tapmışdır. Lakin qəzetdə Cəlil Məmmədquluzadənin haqqında obyektiv, əsaslı məqalə və resenziyalarla birlikdə, bir sıra qeyri-dəqiq, iddialı, yazıçının yaradıcılığını proletkultçuluq mövqeyindən təftiş edən materiallara da yer verilirdi.
Həmçinin bax
redaktəMənbə
redaktə- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.295.