Yenimehelle Ankara - Wikipedia
Yeniməhəllə ilçəsi — Türkiyənin Ankara şəhərində yerləşən metropolis ilçələrdən biridir.
Yeniməhəllə | |
---|---|
39°57′58″ şm. e. 32°48′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 830 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 312 |
Digər | |
yenimahalle.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəYeniməhəllə ilçəsi 1946-1949-ci illərdə ilin abadlığı ilə, xüsusilə o dövrün Ankara Bələdiyyə Başçısı Raqıp Tüzün tərəfindən Ankaranın yaxın yaşayış sahəsi olaraq planlanmışdır. 1950-ci illərdə dar gəlirli işçi və məmur vətəndaşları mənzil sahibi etmək məqsədilə iki mərtəbəli olaraq qurulmağa başlanmışdır. Bu günkü kimi sürətli bir inkişaf göstərən Yeniməhəllə ilçəsi 1 sentyabr 1957-ci ildə ilçə mərkəzi halına gətirilmişdir.
Coğrafiya
redaktəYeniməhəllə ilçəsi şəhər mərkəzi xaricində kələ-kötür bir ərazidə yaradılmışdır. Dəniz səviyyəsindən yüksəkliyi 830 metrdir. İlçənin sahəsi 274 km²-dir.
Qonşu illərdən axan Çubuk çayı, Hatip çayı və İncəsu dərəsi ilçənin Akköprü mövqeyində birləşdikdən sonra Çiftlik, Güvercinlik və Etimesqutdan keçərək Sincan Osmaniye kəndi yaxınlığında Akıncı düzənliyindən gələn Ova çayı ilə birləşərək Ankara çayına tökülür və Sakarya şayının böyük bir qolu olaraq Polatlı sərhədlərinə qədər uzanır.
İdarəetmə
redaktəBələdiyyə başçıları
redaktəİl | Ad | Partiya |
---|---|---|
1984 | Mustafa Vuran | ANAP |
1989 | Abdurrahman Oğultürk | SXP |
1994 | Abdurrahman Oğultürk | SXP |
1999 | Tuncay Alemdaroğlu | CXP |
2004 | Ahmet Duyar | AK Partiyası |
2009 | Fethi Yaşar | CXP |
2014 | Fethi Yaşar | CXP[1] |
İnzibati vəziyyət
redaktəYeniməhəllə ilçəsi Ankaranın 16 mərkəz ilçəsindən biri olub 1957-ci ildə qurulmuşdur. İlçədə 54 məhəllə var. Kəndlərin yarısı ərazi və yaşayış vəziyyəti etibarilə ovalıq üzərindədir. Digər yarısı kələ-kötür ərazi üzərində yaşayırlar.
İqtisadi vəziyyəti
redaktəİlçənin şəhər seqmentində yaşayanların əksəriyyəti məmur və işçilərdir. Son illərdə sürətli bir inkişaf göstərən ilçədə ticarət ilə məşğul olanlar çoxalmışdır.
Son illərdə Ankara ilinin yeni məskunlaşma sahəsi olaraq ön sıralara keçən ilçədə xüsusilə E-5 Dövlət Quru yolu ətrafında yaşayış sahələri və sənaye mərkələri yaradılmışdır. Batıkent yaşayış sahəsi, Aselsan ilə hüquqi və xüsusi şəxslərə aid fabrikləri və xüsusilə Macun məhəlləsi sərhədləri içərisində qurulan Orta Şərq Sənaye və Ticarət Mərkəzi (OSTİM) ilə ATB İş Mərkəzi, İvedik Mütəşəkkil Sənaye Bölgəsi, Öz Ankara Toptancılar Şirkəti, Yıldız Sənaye Şirkəti, Erciyes Biznes, Paytaxt Avto Sənaye və GİMAT bu ilçədə yerləşir.
Bir çox böyük ticarət mərkəzi ilçədə məşhurluq qazanmışdır. ANKAmall, Acity AVM, Atlantis AVM, CarrefourSA AVM, Batıpark AVM, Podium AVM və Gimart AVM ilçədə yerləşir.
Ankaranın ən böyük qəbiristanlığı olan Karşıyaka qəbiristanlığı da buradadır.
Tarixi və turistik yerləri
redaktəAğkörpü
redaktəMahalın tarixini açan abidələr arasında Bizans dövründə hazırlanmış, Səlcuq hökmdarı I Əlaəddin Keykubat dövründə tikilmiş Bağdad Ticarət Yolu ilə Ankara çayı üzərində olan Ağkörpüdür. Körpü Yeniməhəllə ilçəsində Varlıq məhəlləsinin İstanbul Dövlət Asfaltının kənarında yerləşmişdir. 4 böyük, 3 kiçik olmaqla 7 kəmərdən təşkil olunmuşdur və tarixi xüsusiyyətini qorumaqdadır.
Atatürk tərəfindən pulu şəxsən ödəməmək şərti ilə 5 May 1925 tarixində qurulan Atatürk Meşə Ferması ilçə sərhədləri daxilindədir. Xalqa istirahət və nümunə işləri ilə xidmətini davam etdirməkdədir.
Ankara Zooparkı
redaktəAnkara Zooparkı Atatürk Meşə Ferması daxilindədir. Atatürkün əmri ilə 29 Oktyabr 1940-cı ildə fəaliyyətə başlamışdır. Quruluş məqsədi xalqa yerli və xarici heyvan növlərini tanıtmaq və xüsusiyyətlərini öyrətmək, heyvan və təbiət sevgisini aşılamaqdır. Bu gün 178 növ heyvan zooparkda yaşayır. İldə ortalama 1 milyon insan tərəfindən ziyarət olunur.
75-ci il Ankara Hippodromu
redaktə1988-ci ildə inşa edilən və fəaliyyətə başlayan 75-ci il Ankara Hippodromu 1.383.282 m² sahəni əhatə edir. Tribuna binası, zəmin və 4 mərtəbədən ibarətdir. Tribuna binasında 8 ədəd hərəkətli pilləkən, 6 ədəd lift, nömrəli lojalar, seyr terrasları, prezident lojası yerləşmişdir. 6.400-ü ayaqda, 2.300-ü oturaq olmaq üzrə 8.700 tamaşaçı tutumuna malikdir.
İstinadlar
redaktə- ↑ Statoids. "Statistical information on districts of Turkey". 2010-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-04. (#invalid_param_val)